Kondisioner qoşulduqda avtomobilin sürətlənməsi pisləşir – SƏBƏB

Yayda kondisionerdən istifadə edən sürücülər yəqin bunu hiss edib: kondisioner işə salındıqda avtomobilin sürətlənməsi artır, yoxuşda qızmağa meyilli olur, yanacaq sərfi çoxalır. Bəzi sürücülər bunu hansısa nasazlıqla əlaqələndirsələr də, vəziyyət başqadır.
Avtosfer.az xəbər verir ki, su nasosu, generator və sükan gücləndirici mexanizm kimi kondisioner də gücünü mühərrikdən alır. Bunlar heç biri avtomobilin sürətlənməsinə kömək etmir, əksinə mühərrik üçün parazit yük yaradır. Parazit güclər toplandıqda mühərrikdən təkərə ötürülən fırlanma momenti də aşağı düşür. Bir sözlə, elementar mexanika.
Kondisionerin mühərrikin işinə təsiri onun tipindən və mühərrikin gücündən daha çox asılıdır. 2000-ci ilədək istehsal olunmuş modellərdə güc itkisi daha çox hiss edilir. O cümlədən mühərrikin gücü 120 at qüvvəsindən aşağı olduqda.
Böyük texnikada, məsələn ağırtonajlı maşınlarda və ya traktorlarda kondisionerin işləyib-işləməməsi mühərriki çox da gücə salmır. Amma kiçik benzin mühərriklərində tam əksidir. Hətta mühərrik yerində işləyərkən kondisioner qoşulduqda elektron idarəetmə sistemi mühərrikin dövrlər sayını artırır. Son nəticədə yanacaq da çox işlənir.
Ekspertlər hesablayıblar ki, kondisioner mühərrikdən təxminən 4 at gücü alır. Bu da kiçik mopedin gücü qədərdir, yaxud benzin mühərrikli mişarın gücündən daha çoxdur.
Bir sözlə, komfortlu sürüş üçün pul ödəmək lazımdır.
Vüqar Yaşaroğlu
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir
Sürət limiti olmayan yollar sürət həvəskarları üçün çəkilməyibmiş
Sovet Azərbaycanında avtoxuliqanlar - FOTO - VİDEO
"Mercedes-Benz"in üç seçilən modeli üçün xüsusi imkanlar - FOTO
Bu polis avtomobili həm də həkimlərin işinə yarayır
Azərbaycanda maşınların sayı 2 milyona yaxınlaşıb: Bakı yollarında böhran dərinləşə bilər
"Tesla"nın sükan və pedalsız taksiləri ABŞ hökumətinin diqqətində
Maykl Ceksonun anasının lüks avtomobili hərraca çıxarıldı - FOTOLAR
Bu iki qaydaya əməl etməyən sürücülər qəza şəraiti yaradır – XƏBƏRDARLIQ
Rusiyada yapon avtomobili sevgisi və uğursuz rəsmi təbliğat











