Kondisionerə görə 50 qəpik ÖDƏ - Taksi sürücülərinin YENİ FIRILDAĞI

Yay ayları ərzində taksi xidmətindən istifadə edən müştərilərin kondisionerə olan tələbatı normal olaraq artır.
Lakin tələbatın yüksək olması isə bir sıra problemləri də özü ilə gətirir. Taksi sahəsində mövcud problemlərdən biri də taksi sürücülərinin kondisioner işlədiyi təqdirdə müştəridən əlavə ödəniş tələb etməsidir. Əsasən 50 qəpik-1 manat civarında tələb olunan bu ödəniş məbləği isə sərnişinlərin narazılığına səbəb olur.
Narazılıq fonunda maraq doğuran sual yaranır ki, kondisioner istifadəsinə görə əlavə ödəniş etmək normaldırmı?
Avtosfer.az xəbər verir ki, yol nəqliyyatı eksperti Elməddin Muradlı Redaktor.az-a açıqlamasında bildirib ki, taksi sürücülərin tələbi sadəcə gülünc yanaşmadır:
“Bəzi sürücülərin bu tələbi taksi xidməti sahəsində çox biabırçı mənzərə yaradır. Məlum tendensiyanın qarşısını almaq üçün taksi sahəsində müəyyən nizam-intizama ehtiyac var. Belə ki, vahid qiymət sisteminin tətbiqi zəruridir. Bu sistemdə tariflər həm sərnişinlər, həm də sürücülər üçün səmərəli olmalıdır”.

Ekspert bildirib ki, bu gün bəzi taksi şirkətləri sürücüləri istismar edir və bu, sürücü-sərnişin münasibətlərinin pozulmasına səbəb olur:
“Əksər taksi şirkətləri qiymətləri aşağı salmaqla, başqa şirkətlərlə rəqabətə girməyə çalışırlar. Yəni, məlum şirkətləri sıradan çıxarmaq üçn oyun qururlar. Ortada əziyyət çəkənlər isə sərnişinlər və sürücülər olur. Bəzən sürücü fərdi xidmətdə müştəri qıtlığı yaşandığınagörə, taksi şirkətləri ilə işləməyə məcbur olur. Bu məcburiyyət sürücünün xeyrindən çox, ziyanına yol açır. Bu baxımdan vahid qiymət sisteminin tətbiq olunmalı və ciddi dəyişikliklər edilməlidir”.
E. Muradlı vurğulayıb ki, sərnişinlər ekonom və komfort taksi xidməti barədə öncədən məlumatlandırılmalıdır:
“Məlum məsələ ilə bağlı vətəndaş şikayət etmək istəsə, üz tutacağı konkret qurum yoxdur. Vətəndaş Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət edə bilər, amma agentlik fərqlənmə nişanı verdiyi həmin taksi sürücüsünə sadəcə tövsiyə verə bilər. Bunun hansısa cərimə və ya məsuliyyəti yoxdur. Əsas məsələlərdən biri də budur ki, bəzi sərnişinlər taksi xidmət növlərini ayırd edə bilmirlər. Ona görə də onlayn sifariş zamanı belə ekonom və komfort xidmətlə bağlı müvafiq bölmələr yerləşdirilməlidir. Sərnişin-sürücü münasibətlərinin pozulmaması üçün bu addımın atılması məqsədəuyğundur. Ümumilikdə taksi sahəsində tariflərin qiyməti normal şəkildə müəyyən edilməlidir. Nəticədə şirkətlər sürücüləri istismar edə bilməz”.
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır











