Laboratoriya bitki yağına yüksək keyfiyyətli mühərrik yağı sertifikatı verdi - FOTOLAR

Rusiyalı jurnalistlər maraqlı bir eksperiment aparıblar.
Avtosfer.az xəbər verir ki, “İzvestiya” nəşrinin əməkdaşları marketdən alınmış pambıq yağına bir qədər işlənmiş yağ və dizel yağı qataraq 6 laboratoriyaya yoxlama üçün göndəriblər. sözügedən yağ Özbəkistandan idxal edilib və əsasən plov hazırlanmasında istifadə edilir.
Laboratoriyaların hər biri ilə müqavilə imzalanıb və rəsmi sənəd alınıb. Necə deyərlər, qiyamət də bundan sonra qopub. Laboratoriyalar bütün yağlarla bağlı sınaqları protokollaşdırıb və uyğunluq sertifikatı verib.
Jurnalistlər iddia edirlər ki, sertifikatlar internetdən götürülərək “standarta uyğundur” qrafası əlavə edilib, imzalanıb, möhürlənib. Sınaq protokollarını verməkdən bütün laboratoriyalar imtina edib.
Sayta müsahibə verən kimyaçılar bildiriblər ki, bitki yağı ilə mühərrik yağı hansısa parametrinə görə oxşar ola bilər. Lakin bunların müasir laboratoriyada ayırd edilə bilməməsi qeyri-mümkündür.
Jurnalistlər isə bildirirlər ki, Ukrayna müharibəsindən sonra qlobal şirkətlərin Rusiyada fəaliyyəti məhdudlaşıb. Bundan istifadə edən işbazlar saxta məhsulları yerli laboratoriyalarda “yoxlatdırıb” uyğunluq sertifikatı alırlar. Bunun əzabını isə sürücülər çəkir.
Qeyd edək ki, bu cür saxtakarlıqlar keçmiş SSRİ məkanından məhsulların Avropa bazarına ixracına mane olur. Dəfələrlə yerli laboratoriyalardan sertifikat almış məhsullar xaricdə təkrar yoxlanarkən yararsız çıxıb.
Vüqar Yaşaroğlu


"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL












