Maşın bazarında satış dayandırılıb? - “20 faiz bahalaşma olacaq”

“Hazırda ikinci əl avtomobil bazarında durğunluq yaşanır”. Avtosfer.az xəbər verir ki, bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Cebheinfo”ya açıqlamasında deyib.
O bildirib ki, bu da ölkəyə yeni və münasib qiymətə avtomobillərin idxalının artması ilə bağlıdır:
“Hibrid avtomobillərə güzəştlərin tətbiq olunmasından sonra onlara maraq artdı. Sahibkarlar əsasən Çindən daha sərfəli qiymətə yeni avtomobilləri ölkəmizə gətirdilər. Təbii ki, seçim olduğu halda alıcılar daha çox yeni avtomobilə üstünlük verdilər. Çin modellərinin qiyməti əlçatan olduğuna görə onları seçdilər. Məsələn, insanlar 20 min manata köhnə maşın deyil, yeni və müasir standartlara cavab verən avtomobil almağa başladılar. Bu da ikinci əl avtomobil bazarına mənfi təsir göstərdi”.
Lakin ekspertin sözlərinə görə, birinci əl avtomobil bazarında durğunluq yoxdur:
“Yeni avtomobillərin satışı davam edir. Adi statistikaya da nəzər salanda, bunu görə bilərik. Bu il ölkəyə idxal olunan avtomobillərin sayı təxminən 100 mini keçəcək. Ötən illə müqayisədə bu rəqəm xeyli çoxdur. İdxal olunan avtomobillərin təxminən 40 faizini hibrid modellər təşkil edir. Bəlkə də 50 faizə çatacaq. Yəni birinci əl avtomobil bazarında hər hansısa durğunluqdan söhbət getmir”.
Mütəxəssis əlavə edib ki, yanvar ayının 1-dən sonra hibrid avtomobillərə tətbiq olunan güzəştlərin müddəti bitsə də, bazarda durğunluq yaşanmayacaq:
“Sadəcə olaraq bazar stabil artmaqda davam edəcək. Hibrid və buraxılış ili 7 ilə qədər olan avtomobillərin qiymətində 18-20 faiz artım müşahidə olunacaq. Yaşı 7-dən çox olan maşınlar ölkəmizə idxal olunan zaman mühərrik həcminə görə alınan aksiz vergisinin dərəcələri də artırılır. Bu da qiymətə təsir edəcək. Yəni bahalaşma sadəcə hibrid avtomobillərdə deyil, benzin və dizel mühərrikli maşınlarda da olacaq. Ancaq hibrid avtomobillərin qiymətinin qalxması ikinci əl avtomobil bazarında canlanmaya səbəb olacaq. Qiymət dəyişəndə, alıcılar artıq ikinci əl avtomobillərə maraq göstərəcəklər”.
Eldəniz Cəfərov son günlər sosial şəbəkələrdə maşın bazarında və salonlarda hibrid modellərinin satışının dayandığı, satıcıların 1 yanvarı gözlədiyi iddiaların isə doğru olmadıını söyləyib:
“Bunlar sadəcə iddiadır, reallığı əks etdirmir. Belə şey ola bilməz. Kiminsə avtomobili ölkəyə gətirib, satmayıb yanvarı gözləməsi məntiqsizdir. Avtomobilin ili köhnəldiyi üçün qiyməti də aşağı düşür. Yanvarın 1-dən ölkəyə idxal olunan maşınların qiyməti qalxacaq. 2025-ci ilin maşını 2026-cı ildə daha baha qiymətə satılmayacaq”.
Azərbaycanda bu avtomobillərin qiyməti BAHALAŞACAQ
Avtomobil daşıyan gəmi Hörmüz boğazında ilişib qalıb
Avtomobil istehsalçısı işlənmiş detal satır
Sürücülərə təkər bazarı ilə bağlı XƏBƏRDARLIQ: Alarkən mütləq DİQQƏT edin - VİDEO
Azərbaycanın sürücülük vəsiqəsi hansı ölkələrdə tanınır? - SİYAHI
Almaniya avtobanlarında sürət limitinin tətbiqi təklif olunur
Sürücülərə vacib xəbər - Avtomobilə aid yeni dövlət standartları qəbul edildi
Rusiyada BMW satışı 91 faiz artıb – SANKSİYALAR NECƏ OLDU?
Avtomobil sənayesində kiberhücumlar artıb - FOTO
Diqqət hərrac var! – Qiymətlər 2250 manatdan başlayır - SİYAHI
Avtomobil bazarında elektrikli modellərin sayı sürətlə artır










