Maşın var, təmir edən yox - Tender yolun ortasında dayandı

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən elan olunan nəqliyyat vasitələrinin təmiri xidmətlərinin satınalınması üzrə tender ləğv edilib.
Avtosfer.az xəbər verir ki, tenderin ləğv edilməsinə səbəb “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsinə əsasən, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Məhz bu səbəbdən müsabiqə baş tutmamış hesab edilib.
Tenderin ehtimal olunan qiyməti 8.356 manat idi. Müvafiq xidmətin satınalınması ilə bağlı müsabiqə 18 mart 2025-ci il, saat 16:10-da dərc olunmuş, təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi isə 2 may 2025-ci il, saat 16:00 olaraq müəyyən edilmişdi.
Bu məbləğ dövlət qurumlarının nəqliyyat vasitələrinin cari texniki təmiri və xidmət xərclərini əhatə etməli idi. Lakin kifayət qədər maraqlı təchizatçının iştirak etməməsi bu cəhdin nəticəsiz qalmasına səbəb olub.
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












