Maşınların boyası niyə öz-özünə soyulur? - Bu cür qorumaq olar

“Avtomobilin kuzovunda olan boyanın soyulması hətta yeni avtomobillərdə də baş verən bir hadisədir”.
Avtosfer.az xəbər verir ki, bu barədə rusiaylı avtomobil eksperti İqor Boyarski deyib.
Onun sözlərinə görə, bu problemin baş verməsinə səbəb yanlış seçilmiş yuyucu vasitələr və temperaturun dəyişməsidir:
“Qışda həlledicilər və yol təmizləyici reagentlər kimi uyğun olmayan kimyəvi təmizləyicilər boya qatını asanlıqla zədələyə bilir. Hətta kiçik cızıqlar belə lakın soyulmasına gətirib çıxarır. Çünki çirk onların içinə nüfuz edir və örtüyün sıradan çıxmasını sürətləndirir”.
Ekspert qeyd edib ki, temperaturun qəfil dəyişməsi də lakın vəziyyətinə mənfi təsir göstərir. İsti havada quruyur və çatlayır, soyuqda isə yavaş-yavaş ovulur.
Avtomobilin içərisində yığılan nəm və ya korroziya da lakın soyulmasına səbəb olur:
“Buna çox vaxt əlçatmaz yerlərdə, məsələn, təkər tağlarının kənarlarında və ya plastik örtüklərin altında rast gəlinir. Nəmə və korroziyaya qarşı tədbirlər görülmədikdə isə boya təbəqəsi altında genişlənir və prosesi sürətləndirir”.
Sonda İ.Boyarski avtomobil sahiblərinə məsləhət də verib:
“Bu problemin qarşısını almaq üçün yüksək keyfiyyətli qoruyucu birləşmələrdən istifadə etmək və avtomobilə mütəmadi olaraq profilaktik xidmət göstərmək vacibdir”.
Namiq Musayev
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












