“Mercedes” Okonu uzaqlaşdırmağı planlaşdırır

"Mercedes"in rəhbəri Toto Volf Esteban Okonu komanda ilə işlərdən tədricən uzaqlaşdırmağı planlaşdırır. Xatırladaq ki, gələn mövsümdən Okon ikiillik müqavilə bağladığı "Renault" komandasına keçir.
Avtosfer.Az AZƏRTAC-a istinadən bildirir ki, "GPBlog" Toto Volfun bu sözlərini sitat gətirir: "Biz ötən həftə Estebanla onun "Mercedes"dəki vəzifəsində nə vaxtadək qalacağını müzakirə etdik. Mən ona dedim ki, o, komandada nə qədər çox qalsa, özü ilə bir o qədər çox məlumat aparacaq. O, bununla razılaşdı. O, simulyatorda işləyir. Bu, bolidin inkişafında mühüm rol oynayır. Lakin Esteban gələcəyə, gələn ilin bolidinə və digər vəziyyətlərə aid olan görüşlərdə getdikcə daha az iştirak edəcək".
2019-cu il mövsümünü Okon "Mercedes"in ehtiyat pilotu statusunda keçirir. Bu, ötən mövsümün sonunda onun "Force India"/"Racing Point" komandasındakı yerindən məhrum edildikdən sonra baş verib.
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?












