Məşhur lüks avtomobil markası satılırmı?

Dünyanın dördüncü ən böyük avtomobil istehsalçısı olan “Stellantis” sahib olduğu məşhur lüks avtomobil markası “Maserati”ni satışa çıxarmağı nəzərdən keçirir.
Avtosfer.az xəbər verir ki, bu ehtimal şirkətin 14 markadan ibarət portfelini yenidən qurma planlarının bir hissəsi kimi gündəmə gəlib.
“Chrysler”, “Jeep”, “Peugeot” kimi brendləri də özündə birləşdirən “Stellantis”in portfelini optimallaşdırmaq istəyi, xüsusilə şirkətin yeni baş direktoru Antonio Filosanın rəhbərliyə keçməsindən sonra daha da aydın şəkildə hiss olunmağa başlayıb. Filosa və onun rəhbərlik etdiyi yeni idarəetmə qrupu, şirkətin gələcəyi və markaların mövqeyi ilə bağlı intensiv analizlər aparır.
“Stellantis” son illərdə ABŞ-da tətbiq edilən yüksək idxal rüsumları və Çindən gələn güclü rəqabət səbəbilə bir sıra çətinliklərlə üzləşib. Bu vəziyyət “Maserati” və “Alfa Romeo” kimi lüks markaların gələcəyini də qeyri-müəyyən hala gətirib.
Şirkət bu markaların taleyi ilə bağlı daha dərindən qiymətləndirmə aparmaq məqsədilə məşhur məsləhət şirkəti “McKinsey & Co.” ilə əməkdaşlığa başlayıb. “McKinsey”, “Stellantis” üçün araşdırmalar apararaq, lüks markaların satış ehtimalını da əhatə edən müxtəlif ssenariləri dəyərləndirir. Bu proses, həm xərclərin azaldılması, həm də mənfəət marjlarının artırılması məqsədi daşıyır.
“Maserati”nin mövcud vəziyyəti də satış qərarına təsir edən əsas amillər arasındadır. 2024-cü ilin nəticələrinə görə, markanın satışlarında 50 faiz azalma qeydə alınıb və cəmi 11.300 avtomobil satılıb. Bundan əlavə, 298 milyon ABŞ dolları həcmində əməliyyat zərəri ilə üzləşilib. Şirkətin bu il üçün yeni model təqdim etmə planı da yoxdur.
Bəzi “Wall Street” analitikləri hesab edir ki, daha sadə və seçilmiş markalardan ibarət portfel “Stellantis”ə daha yüksək mənfəət qazandıracaq. 2025-ci il etibarilə şirkətin səhmləri 25 faiz dəyər itirərək bir səhm üçün 9,55 ABŞ dolları səviyyəsində ticarət olunur.(valyuta.az)
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO










