Məşhur müğənninin limuzini yeni sahibini axtarır

"Rok-n-rol kralı" Elvis Presliyə məxsus "Continental" limuzini Kaliforniyada "Mecum Auctions" hərracında satılıb. 1967-ci ilin buraxılışı olan bu maşın Elvis Preslinin meneceri Tom Parkerin müğənniyə və nişanlısı Pristsillaya toy hədiyyəsi olub.
Avtosfer.az Azərtac-a istinadən bildirir ki, Presli ailəsi bu maşını bəyənib və bir neçə il Memfis rayonunda gəzintilər üçün ondan istifadə edib. Sonra o, müğənninin avtokolleksiyasında yer alıb. Daha sonra limuzini tanınmış çikaqolu avtomobil kolleksiyaçısı Tom Petrozini alıb.
Limuzinin yeni sahibi ondan ailəvi gəzintilər və işgüzar görüşlər üçün istifadə edib və sonda o da limuzini öz avtoparkına göndərib. Buna görə də avtomobil onilliklər ərzində qarajda hərəkətsiz vəziyyətdə toz bağlayıb. 2014-cü ildə Tom Petrozininin vəfatından sonra varisləri məşhur limuzini satmaq barədə düşünüblər, amma yalnız indi avtomobildən ayrılmaq qərarına gəliblər. Avtomobilin qiyməti, çox güman, bir o qədər də yüksək olmayacaq, çünki hazırda yaxşı vəziyyətdə deyil. Xüsusilə salonu bərbad gündədir və bərpa olunmağa ehtiyacı var.


Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?











