Millət vəkili plyonka qadağası ilə bağlı SƏRT DANIŞDI - VİDEO

Bir həftədən sonra avtomobillərdə pərdə və plyonkaya verilən icazə müddəti başa çatacaq. Avtosfer.az xəbər verir ki, son günlər sürücüləri ən çox düşündürən suallardan biri pərdə və plyonkaya bu il icazənin verilib-verilməməsidir. Çünki ötən illərlə müqayisədə bu il sürücülər avtomobilin arxa yan şüşəsi üçün pərdədən çox, plyonkadan istifadə ediblər. Bəs noyabrn 15-dən sonra həmin plyonkalar söküləcəkmi?
Sürücücülər təklif edirlər ki, pərdə və plyonkadan istifadə qadağası ləğv edilsin.
Elə millət vəkili Çingiz Qənizadə də avtomobillərin arxa yan şüşələrinə ilin bütün aylarında pərdə vurulmasına icazə verilməsini təklif edib. Deputat deyib ki, keçmiş Standartlaşdırma, Metreologiya və Patent üzrə Dövlət Komitəsinin qəbul etdiyi müvafiq qərar ləğv edilməldir. Çünki bu qərarın heç bir əhəmiyyəti qalmayıb. Azərbaycanın qəbul etdiyi Avropa İqtisadi Komissiyasının 43 saylı qaydasında qeyd olunub ki, sürücünün kürəyindən arxada qalan şüşələrin şəffaflığı sürücünün öz öhdəliyinə buraxılır.
Millət vəkili deyib ki, digər ölkələrdə də bu məsələ sürücünün öz öhdəliyinə buraxılıb. Əgər bu, yol hərəkəti təhlükəsizliyi səviyyəsini aşağı salsaydı, öncə Konvensiyaya qoşulan ölkələr bunu qadağan edərdi.
Çingiz Qənizadə bildirib ki, məsələ yaxın günlərdə komitə iclasında müzakirə ediləcək.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev isə bildirib ki, qanunda hazırda hər hansı dəyişiklik olmayıb.
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq












