Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var

İsveçin məşhur avtomobil istehsalçısı "Volvo" minlərlə avtomobilində aşkar edilən təhlükəli nasazlıq səbəbindən geri çağırılma qərarı verib. Avtosfer.az "Yeni Sabah"a istinadən xəbər verir ki, şirkət yüksək gərginlikli batareya paketində yanğın riski yarada biləcək problemə görə 2020-2022-ci illərdə istehsal olunan 64 mindən çox XC40 modelini servislərə çağırır. Məlumata görə, geri çağırılma əsasən Avropa bazarında satılan avtomobilləri əhatə edir. Şirkət bildirib ki, məqsəd sürücülərin təhlükəsizliyini təmin etməkdir. Servislərdə avtomobillər yoxlanılacaq və zərurət yaranarsa, nasaz hissələr dəyişdiriləcək.
Qeyd edək ki, Volvo ötən il də genişmiqyaslı geri çağırılma həyata keçirmişdi. Həmin vaxt XC40 və XC60 modellərində aşkarlanan texniki nasazlıq əyləc sisteminin işinə təsir göstərdiyi üçün 76 mindən çox avtomobil servislərə çağırılmışdı. Bu dəfə isə geri çağırılmanın səbəbi batareyada yanğın riski ilə bağlıdır.
"Chery" şirkətinin baş direktoru buna görə üzr istədi - FOTO
Avropada elektromobil satışında qeyri-bərabərlik
Azərbaycanda bu maşınlar yığışdırılır – Sahiblərini nə gözləyir?
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR












