Müasir maşınlarda sürücülərin diqqət etməsi vacib olan kilometr həddi

Müasir avtomobil mühərrikləri orta hesabla 200 min kilometr məsafəni heç bir əsaslı təmirə ehtiyac olmadan qət edə bilir.
Avtosfer.az-ın, "Tatar-inform"a istinadla verdiyi xəbərə görə, bu barədə tanınmış rusiyalı avtomobil eksperti İqor Morjaretto bildirib.
"Minik avtomobillərinin mühərrikləri hazırda əsaslı təmir görmədən 200 min kilometrə qədər işləyə bilir. Əlbəttə, bu həddi keçəndən sonra da mühərrik işləməyə davam edir. Amma bu mərhələdə avtomobili satıb texnologiya, rahatlıq və təhlükəsizlik baxımından daha üstün yeni model almaq daha sərfəlidir", - deyə Morjaretto izah edib.
Ekspert əlavə edib ki, keçmişdə avtomobil istehsalçıları daha uzunömürlü mühərriklər hazırlayırdılar. "Əvvəllər mühərriklər bir milyon kilometr həddini belə keçə bilirdi. İndi isə bu nadir hal sayılır", - deyə o bildirib.(oxu.az)
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












