Mühərrikin qeyri-stabil işləməsinin səbəbləri

Əksər hallarda, qaza basarkən mühərriyin iş sürətinin azalmasının əsas səbəbi yanacaq sistemindəki nasazlıqlardır.
Avtosfer.az xəbər verir ki, bu barədə gazeta.ru-ya rusiyalı avtomobil mütəxəssisi Artyom Bovt məlumat verib.
"Mühərrikə kifayət qədər benzin getmədikdə və ya yanacaq-hava qarışığı normadan çox qatıldıqda bu, müxtəlif nasazlıqlara səbəb olur. Belə halların başlıca səbəbləri nasaz injektorlar və ya zəif işləyən yanacaq nasosu ola bilər", - deyə ekspert bildirib.
Mütəxəssis vurğulayıb ki, müasir avtomobillər çoxsaylı elektron sistemlərlə təchiz olunsa da, oksigen sensoru və ya hava axını ölçən cihaz sıradan çıxarsa, mühərrikin idarəetmə sistemi düzgün işləməyə bilər. Bu zaman elektronika yanacağın miqdarını düzgün tənzimləyə bilmir.
Ekspert əlavə edib ki, əgər drossel (qaz paylayıcı klapan) çirklidirsə, mühərrik qaz pedalına zəif reaksiya verir. Vaxt keçdikcə klapanın üzərində qurum toplanır və bu da onun işini çətinləşdirir. Bundan başqa, drosselin yerləşmə sensoru xarab olarsa, sistem qaz pedalının nə qədər sıxıldığını düzgün təhlil edə bilmir və nəticədə, yanacaq tədarükü düzgün tənzimlənmir.
Mühərrikin qeyri-stabil işləməsinin başqa bir geniş yayılmış səbəbi alışma sistemindəki nasazlıqlardır. Şamlar köhnəlirsə və ya yüksək gərginlikli naqillər zədələnirsə, qığılcım zəif olacaq və ya tamamilə yox olacaq. Bu da mühərrikin fasilələrlə işləməsinə və qaz verildikdə avtomobilin dayanmasına səbəb ola bilər.(Oxu.az)
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL












