Nə üçün yeni avtomobillərdə mühərriklə tormozlama az effektlidir?

60-90-cı illərdə sürücülük məktəblərində mühərriklə tormozlama deyilən bir üsul da müdavimlərə öyrədilirdi. Bəs mühərriklə tormozlama nədir və nə üçün tətbiq edilir?
Avtosfer.az xəbər verir ki, uzaq məsafədə avtomobilin sürətini azaltmaq üçün mühərrikin müqavimətindən istifadə mühərriklə tormozlama adlanır. Bu zaman sürücü tormoza basmadan aşağı ötürməyə keçir və ayağını qaz pedalından buraxır. Nəticədə avtomobilin sürəti azalır. Dizel mühərrikdə isə yalnız ayağı pedaldan götürmək kifayətdir.
Bu sistem avtomatik transmiyyalara da inteqrasiya olunub və sürücünün müdaxiləsi olmadan baş verir. Elektromobil və hibridlərdə isə belə tormozlama daha ciddi özünü göstərir. Elektrik mühərriki generator rejiminə keçdiyi üçün maşının sürəti azalır.
Lakin müasir benzin və Dizel mühərrikli avtomobil sürücüləri iddia edirlər ki, təzə maşınlarda mühərriklə tormozlama çox da səmərəli deyil. Bəs bu iddia nə dərəcədə doğrudur?
İddiada həqiqət var və texniki əsaslandırması belədir: son illərdə avtomobillərdə mühərrik həcmi, mühərrik kütləsi və silindr sayı azalıb. Bunun əksinə, avtomobillərin kütləsi artıb. Nəticədə mühərrik artan kütləyə ciddi müqavimət göstərə bilmir.
Vüqar
Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? - VİDEO
Sürücülər piyada keçidində bunu BİLMƏLİDİR — AÇIQLAMA
Avtomobil ailə büdcəsinə neçəyə başa gəlir? - ARAŞDIRMA
3 milyon avroluq “Bugatti”si oğurlandı; özü “Porsche” ilə oğrunun arxasınca düşdü
Avtomobilin nömrəsi itərsə eynisini almaq mümkündürmü – QANUN NƏ DEYİR? - VİDEO
Bu marka benzinli avtomobillərin satışından imtina edir – QƏRAR VERİLDİ
Avtomobil saxlamaq ayda neçəyə başa gəlir? – ARAŞDIRMA
Bu maşınların qiyməti kəskin ucuzlaşacaq - YENİ QƏRAR
Dizel məsələsində məcburiyyətə ehtiyac varmı?
Azərbaycanda benzinlə işləyən avtomobillər tarixə qovuşur
Dizel dövrü bitir: İlk dəyişiklik bu nəqliyyat növündən başlayır - AÇIQLAMA












