"Nissan" xaricdəki zavodlarını bağlamağa başlayacaq

Yaponiyanın avtomobil istehsalçısı "Nissan" 2026-27-ci illərdə Meksikadakı iki zavodunu bağlamağı planlaşdırır. Avtosfer.az-ın Oxu.az-a istinadən xəbərinə görə, bu barədə mənbələrə istinadən "Automotive News" məlumat yayıb. Qeyd olunub ki, "Nissan Motor Co. Mercedes-Benz" ilə birgə istehsal müəssisəsi də daxil olmaqla, iki montaj zavodunda istehsalı bağlamaqla Meksikanın sənayesində iştirakını azaltmağı planlaşdırır. Meksikanın Xyutepeke şəhərindəki "Civac" zavodunun 2027-ci ilin martından gec olmayaraq bağlanması planlaşdırılır. Bu zavod "Nissan"ın Yaponiyadan kənarda açdığı ilk zavod idi. Həmçinin Akuaskalyentesdə "Nissan"ın premium brendi olan "Infiniti" və Almaniyanın "Mercedes-Benz" avtomobillərini istehsal edən birgə müəssisənin bağlanması planlaşdırılır. "Nissan"ın orada iki "Infiniti" krossoverinin istehsalını 2025-ci ilin sonunadək, "Mercedes-Benz"in isə GLB krossover modelinin istehsalını 2026-cı ilin birinci rübündə bitirəcəyi gözlənilir.
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL












