"Nissan"ın bu modellərində problem yarandı: 600 mindən çox maşın geri çağırılır

"Nissan Motor" şirkəti Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinə 600 595 avtomobili əhatə edən geriçağırma kampaniyasına başladığını bildirib. Buna səbəb litium-ion batareyasının idarəetmə blokunda aşkar edilən nasazlıqdır.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, geriçağırma kampaniyasına 2020-ci ilin noyabrından 2026-cı ilin aprelinədək istehsal olunmuş "Note", "Note Aura" və "X-Trail" hibrid modelləri daxildir.
Bildirilir ki, elektron idarəetmə blokunun proqram təminatındakı səhv tənzimləmə mexaniki nasazlıqlar barədə yanlış siqnalların yaranmasına səbəb olur. Nəticədə avtomatik sistem mühərrikə elektrik enerjisinin verilməsini məhdudlaşdırır, ən pis halda isə onu tamamilə dayandırır. Bu isə avtomobilin hərəkət zamanı qəfil dayanması riskini yaradır.
Bu günədək sözügedən problemlə bağlı 452 şikayət qeydə alınıb. Həmçinin bir maddi ziyanla nəticələnən hadisənin baş verdiyi bildirilib. Xəsarət alanlar barədə isə məlumat verilməyib.
Problemin aradan qaldırılması üçün "Nissan" geriçağırma kampaniyasına daxil olan bütün avtomobillərdə batareyanın idarəetmə sisteminin proqram təminatını ödənişsiz yeniləyəcək.
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?












