Niyə indi milyonluq mühərriklər yoxdur?

80-90-cı illərdə 500 min kilometr və daha çox resursu olan minik avtomobili mühərrikləri adi hal idi. İndi isə belələrinə praktik olaraq rast gəlinmir. Mühərriklərin əksəriyyəti 200 min kilometrlik həddi keçə bilmir. Güc itir, yağ sərfiyatı artır. Bəs səbəb nədir?
Avtosfer.az xəbər verir ki, müasir mühərriklər ekoloji normalara daha uyğun hazırlanır. Bunun üçün daha yüngül ərintilər tətbiq edilir, qısa porşenlərdən istifadə olunur. Qısa porşenli mühərrik çevik olsa da, mühərrik normadan çox qızdıqda çəpləşir. Nəticədə silindr divarları aşınır və yağ sərfiyyatı artır.
İkinci səbəb katalizatorlardır. Onlar da zaman keçdikcə aşınır tərkibindəki keramika toz halında mühərrikə qayıdaraq onu aşındırır.
Bu və digər amillər mühərrikin ömrünü azaldır. Buna görə də 200 min kilometr qət etmiş mühərrikdə yağ sərfiyyatı artarsa bunu istehsal qüsuru hesab etməyin. Söhbət qüsurdan deyil, mühərrikin konstruktiv xüsusiyyətindən gedir.
Vüqar
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL












