Novitec Ferrari 488 Pista modelini təkmilləşdirib - FOTO

Bavariyada yerləşən Novitec atelyesi Ferrari superkarlarının tüninqi ilə məşhurlaşıb. Bu günlərdə alman tüner Ferrari 488 Pista modelinin təkmilləşdirilmiş versiyasını təqaim edib. Almanlar italyan superkarının buraxılış sistemi, asqısı və mühərriki üzərində çalışıblar. Nəticədə, superkar daha güclü və yeyin olub.
Avtosfer.Az autograph.az-a istinadən bildirir ki, alman mütəxəssislər 3,9-litrlik V8 mühərrikinin gücünü 802 at qüvvəsinə, fırlanma anını isə, 898 Nm qədər artırıblar. Xatırladaq ki, "İlin mühərriki" nominasiyasının dördqat qalibi standart olaraq 720 at qüvvəsi və 770 Nm hasil edir. Güc artımına yeni idarəetmə bloku və buraxılış sistemi quraşdırılması sayəsində nail olunub. Qeyd etmək lazımdır ki, 488 Pista modelinin mühərriki bayraqdar SF90 Stradale modelinin güc aqreqatından daha məhsuldar olub.
Zahiri cəhətdən itlayan sportkarı karbondan hazırlanmış aerodinamik kuzov elementlərinə sahib olub. Bunlara misal olaraq diffuzoru, ön splitteri və arxa spoyleri görsətmək olar. Kuzov dəstinin hər bir elementi quraşdırılmamışdan öncə aerodinamik boruda sinaqdan keçirilib. Superkarın idarəetməsini yaxşılaşdırmaq üçün asqının hündürlüyü 35 mm aşağı salınıb və avtomobilin standart diskləri (öndə 21, arxada 22 düymlük) nazikprofilli şinlərlə təchiz edilib. Yolda "uzanmış" polisləri keçmək üçün, Novitec avtomobili onun ön hissəsini 40 mm qaldıran hidravlik sistem ilə təchiz edib.
Alman tünerlərinin əllərindən keçmiş superkar 100 km/saat həddinə zavod versiyasından 0,15 saniyə yeyin sürətlənir. Onun maksimal sürəti isə 345 km/saata qədər artırılıb.
Elektromobil istehsalında inək qanından istifadə ediləcək?
DJ Mahmutun 350 min dollarlıq avtomobili - FOTOLAR
Azərbaycanda bəzi avtomobillər kəskin BAHALAŞDI - VİDEO
2026-cı ilin ən yaxşı dizel mühərriki məlum oldu - FOTO
Cərimələrlə bağlı daha bir YENİLİK - SMS və tanışlıq kifayət edəcək
İkinci əl maşın alanda qəza, etibarnamə və texniki yoxlama niyə vacibdir? – Mütəxəssis RƏYİ
İşlənmiş avtomobil bazarında risklər: Qəza izlərini necə tanımaq olar?
Azərbaycanda avtomobil sifarişi tələsi: Onlarla vətəndaş aldadılıb - VİDEO
Bu maşın püşkatma yolu ilə satılacaq
Avtomobillərdən çıxan tüstü də işə yarayacaq - FOTO
Çinin avtomobil sənayesi adambaşına məhsuldarlığa görə Avropadan geridir
















