Ölkəmizdə hibrid avtomobillər çoxalacaq? - AÇIQLAMA

Bu ilin sonunda hibrid avtomobillərinin idxalına tətbiq olunan vergi güzəştinin ləğv ediləcəyi ilə bağlı iddialar var. Avtomobil satışı ilə məşğul olan şəxslərdə artıq bununla bağlı əminlik yaranıb.
Hazırda tətbiq edilən güzəştlərə görə, istehsal tarixi 3 il və daha az olan hibrid avtomobillərin idxalı zamanı ƏDV hesablanmır. Bu da həmin avtomobillərin qiymətinin daha aşağı olmasına səbəb olur.
ƏDV güzəştli ləğv edilərsə, hibrid avtomobillərin idxalında azalma baş verə bilərmi? Yoxsa hazırda olduğu kimi hibrid avtomobillərin idxalına daha çox üstünlük veriləcək?
Mövzu ilə bağlı "MasterClass" layihəsinin rəhbəri, avtomobil sahəsi üzrə ekspert Raqif Raufoğlu bildirib ki, bu barədə hələ rəsmi məlumat yoxdur.
Onun sözlərinə görə, ümumilikdə hansısa dəyişikliklərin olması gözlənilir:
“Ola bilər ki, hibridlərə olan güzəşt ləğv olunsun. Bununla yanaşı, elektromobillərə güzəştin davam etməsi gözlənilir. Çünki sıfır emissiya məsələsi ölkənin öhdəliklərindən biridir”.
Mütəxəssisin fikrincə, hibridlə bağlı güzəşt ləğv olunsa da, idxalda azalma çox baş verməyəcək. Bu avtomobilləri bir çox adam qənaətcildir deyə alır. Ümumilikdə, kimsə hibrid avtomobil istifadə edibsə, o yenidən benzin və ya dizel yanacaqlı avtomobilə qayıtmaz.
R.Raufoğlu qeyd edib ki, güzəştin ləğv olunması ilə avtomobilin qiymətinin üzərinə ən azı 18 faizlik məbləğ gəlsə, ikinci əl bazarına tələbat arta bilər:
“2-3 ilin hibrid avtomobillərini hazırda satmaq olmur çünki daha yaxşı şərt elə yenisini almaqdır. Hazırda ikinci əl bazarında böyük bir durğunluq var. Bəlkə güzəşt ləğv olunsa, bazarda canlanma müşahidə oluna bilər”.(sfera.az)
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












