Onlayn detal alarkən aldanmamaq üçün nə etməli? - FOTO

Təəssüf ki, Azərbaycan bazarında böyük həcmdə saxta ehtiyat hissələri mövcuddur. Bu əslində qlobal tendensiyadır və tam aradan qaldırılması mümkün deyil. Lakin, paralel olaraq ölkəmizdə kifayət sayda vicdanlı satıcı da fəaliyyət göstərir. Bazarın bütövlüklə saxta detallardan ibarət olduğunu iddia etmək yanlış və qərəzli olar.
Yerli bazarda kimin keyfiyyətli, kiminsə keyfiyyətsiz detal satdığını sürücülər yaxşı bilirlər. Real bazarda olduğu kimi, onlayn ticarətdə də həm standart, həm də saxta detal satanların sayı çoxdur. Onlayn detal alanların da sayı durmadan artır. Xüsusən də gənc sürücülər arasında. Bəs aldanmamaq üçün nə etməli?
Avtosfer.az rusiyalı ekspertlərə istinadla xəbər verir ki, aldanmamaq üçün ilk növbədə məhsulu avtomobil və ya detal istehsalçısının saytından əldə etmək lazımdır. Demək olar bütün böyük istehsalçılar onlayn satış həyata keçirir.

Sifariş verilən detalın nömrəsinin orijinal detalla və maşının VİN kodu ilə uyğunluğunu yoxlamaq zəruridir. “Analoq” adı ilə təklif edilən detallardan isə ümumiyyətlə qaçmaq lazımdır. Orijinal detalların qablaşdırması, üstündəki yazılar aydın və yüksək keyfiyyətli olur. Saxta detallarda isə bunu görə bilmirik.
Onlayn satıcının reputasiyası da vacib amildir. Əgər hansısa satıcıdan kütləvi şikayət gəlirsə, vəziyyət məlumdur.
Bir klassik qaydanı da unutmaq olmaz. Satıcı orta bazar qiymətindən daha aşağı qiymət təklif edirsə, deməli keyfiyyət məlumdur. Bu qayda bəşər övladları arasında iqtisadi münasibətlər qurulduğu dövrdən dəyişmir.
Bir də, onlayn satış platformalarında “anbarı boşaltmaq”, “qalıq detalları aşağı qiymətə satmaq” kimi elanlara qətiyyən inanmaq olmaz. Avtomobil detalı geyim əşyası deyil ki, 1 mövsüm sonra dəbdən düşsün və yenisi ilə əvəzlənsin.
Vüqar Yaşaroğlu
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL












