Porsche 911 ilin ən gəlirli maşını adlanıb

Əfsanəvi Porsche 911-in səkkizinci nəsli alman istehsalçısına rekord gəlir gətirib. Bu gəlir, Taycan şirkətinin ilk elektrik avtomobilinin istehsalı üçün Porsche-yə lazım olan xərcləri balanslaşdırmağa kömək edəcək.
Avtosfer.Az bizplus.az-a istinadən bildirir ki, Porsche 911-in 992 seriyalı kimi tanınan son versiyası il ərzində təqdim olunan bütün maşınlar içərisində ən gəlirlisi olub. Bu barədə Bloomberg xəbər verir. Sport maşınların səkkizinci nəsli Porsche AG-yə şirkətin əldə etdiyi ümumi gəlirin 30%-ni qazandırıb, bununla belə, ona satışdan cəmi 11% gəlib.
Bu gəlir göstəricisinə görə ən son Porsche modeli Ferrari F8 Tributo, Aston Martin DBX, Mercedes-Benz GLE və ya BMW X5-i üstələyib. Bloomberg analitiki deyir : " Bu maşınlar həqiqətən şirkətlərə yüksək gəlir gətirənlərdir". Amma yeni nəsil Porsche 911 onların fonunda belə fərqlənərək önə çıxır. " Bu çox sadə bir hesabdır: Porsche 911 özü özlüyündə gəlirli bir maşındır, modelin bütün yeni nəsillərini hesaba alanda isə gəlir daha da çox olur" - deyə, analitik qeyd edir. O belə izah edir ki, maşının keramik əyləci, turbo yükləmə texnologiyası və digər bahalı texnologiyaları var və onların sayəsində şirkət artıq xərclər olmadan pərakəndə qiymətləri artıra bilir.
Analitik bildirir ki, Turbo modeli özü özlüyündə elə xalis mənfəət deməkdir - "Məsələn, Porsche 10 000 Turbo modeli, üstəgəl hansısa sayda GT3 və Turbo S avtomobillərini satır. Belə olan halda tək bir Turbo-dan şirkət 500 milyon dollar qazanır".
Avtomobili etibarnamə ilə idarə edənlərinə nəzərinə: Ləğv oluna bilər...
“Stellantis” Fransadakı mühərrik zavodunu bağlayır
"Ford" yarım milyondan çox avtomobilini geri çağırır – Yanğın riski var
Avtomobil kondisioneri adamı zəhərləyir? - USTADAN CAVAB - VİDEO
Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: YENİLİK GƏLİR
Avropada elektromobil satışları bu səbəbdən artdı
Smartfonu avtomobildə enerji ilə doldurmaq yanacaq sərfiyyatını artırır?
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO










