Porsche Taycan modelinin ön paneli nümayiş etdirib

Porsche şirkəti Taycan elektrokarının ön panelinin şəklini dərc edib. Eyni zamanda, alman istehsalçısı avtomobilin multimedia sisteminə Apple Music musiqi xidmətinin inteqrasiya edildiyini bildirib. Beləliklə, Porsche Taycan 50 milyona yaxın musiqinin saxlandığı iTunes Store kitabxanasına girişi olan ilk seriya avtomobili olacaqdır.
Apple Music xidmətinə pulsuz abunə Taycan moidelinin baza təchizatına daxil ediləcəkdir. Musiqili xidmətin aktiv istifadəçiləri üç aylıq əlavə abunə, yeni qeydiyyatdan keçənlər üçün isə, altı aylıq pulsuz abunə aktivləşdiriləcəkdir. Bundan başqa, Porsche Taycan modelinin qiymətinə xarici antennası olan üçillik pulsuz avtomobil interneti və rouminq paketi daxil ediləcəkdir.
Avtosfer.Az autograph.az-a istinadən bildirir ki, Apple Music xidmətinin avtomobilin məlumat-əyləncə sisteminə inteqrasiyası, sürücünün diqqətini sensorlu ekrana yayındırmadan, sükandakı düymlər vasitəsilə bu xidmətdən istifadə etməyə imkan verəcəkdir. Bundan başqa, Taycan modelinin sahibi hesabını aktivləşdirmək üçün, özü ilə mobil telefonu və ya planşeti də götürməyə bilər.
Yeni multimedia sisteminin gələcəkdə digər Porsche modellərində quraşdırılacağı da istisna edilmir. Ön panelə gəldikdə isə, onun və sükan çarxının 992 seriyasından olan 911 modelindən götürüldüyü diqqət çəkir. Rəqəmsal cihazlar paneli isə, beş mümkün olan hərəkət rejimlərindən - Normal, Sport, Sport+, Indıvıdual və Range, - xəbər verir. Çox güman ki, Range rejimi maksimal yürüyüşü təmin edir.
Porsche Taycan modeli 4 sentyabrda təqdim edilməlidir. Bu tarixə qədər alman istehsalçısı bir neçə tizer də dərc edəcəkdir. Məqsəd yeni avtomobilə olan marağı körükləməkdir.
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım
İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?
Azərbaycanda hansı avtomobillər bahalaşacaq? - İdxalın azalması bazarı dəyişdirir










