Qadın 50 il “prava”sız maşın idarə etdi: Polis biləndə “ŞOK”a düşdü - FOTO

İtaliyada polis yaşlı qadın sürücünü 5 min avro cərimələyib. Avtosfer.az xəbər verir ki, maraqlı hadisə ölkənin şimalında yerləşən Pordenone əyalətində baş verib.
Məlumata görə, italiyalı qadın noyabrın 18-də Trevio şəhərində baş verən 3 yol-nəqliyyat hadisəsinin iştirakçısı olub. Qəza yerinə gələn polis müəyyən edib ki, hadisəyə səbəb olan 77 yaşlı qadın 50 ildir avtomobilini sürücülük vəsiqəsiz idarə edir. Qadın isə asayiş keşikçilərini inandırmağa çalışıb ki, əslində onun vəsiqəsi olub, sadəcə istifadə müddəti bitib.
Onun bəxti onda gətirib ki, İtaliyada bir neçə il bundan qabaq vəsiqəsiz avtomobil idarə etmək cinayət tərkibi olmaqdan çıxarılıb. Yoxsa adı çəkilən pozuntuya görə, o, 30 min avro ödəməli olacaqdı. Qadın yeni qanunlara əsasən sadəcə 5110 avro (9700 Azn)cərimə ödəyəcək. Avtomobilinə isə artıq həbs qoyulub. Bununla yanaşı, yaşlı qadın günahsızlığını sübut etməli və sürücülük vəsiqəsini Udine şəhər polis idarəsində gətirəcəyi barədə söz verməlidir.
Namiq Musayev
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım
İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?
Azərbaycanda hansı avtomobillər bahalaşacaq? - İdxalın azalması bazarı dəyişdirir










