Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI

“Autoblog” tərəfindən aparılan araşdırmaya görə, BMW sürücüləri yol hərəkəti qaydalarını ən çox pozan sürücülər arasında ilk yerdə qərarlaşıb.
Avtosfer.az “Bizim.Media”ya istinadən xəbər verir ki, araşdırma 30 məşhur avtomobil markasının sürücülərini əhatə edib.
Qiymətləndirmə zamanı yol-nəqliyyat hadisələri, sürət həddinin aşılması, sərxoş vəziyyətdə avtomobil idarə edilməsi və digər yol hərəkəti qaydalarının pozulması halları nəzərə alınıb.
Nəticələrə əsasən, BMW sürücüləri hər min nəfərə 44,9 insident göstəricisi ilə ilk sırada yer alıb. Sonrakı yerləri RAM (44,7) və Tesla (42,8) sürücüləri tutub.
Araşdırma müəllifləri bildirirlər ki, yüksək gücə malik avtomobillər, sürətli sürətlənmə və bəzi markaların formalaşdırdığı imic daha aqressiv idarəetmə tərzinə meylli sürücüləri cəlb edə bilər. Bununla belə, onlar avtomobil markasının özlüyündə sürücünün davranışını müəyyən etmədiyini də vurğulayıblar.

"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL












