Qazaxıstanda da benzin növbələri yarandı - FOTO

Rusiyada son həftələrdə dərinləşən yanacaq böhranı Qazaxıstana da təsir edib.
Avtosfer.az xəbər verir ki, sərhəd regionların sürücüləri benzin la bilmək üçün bu ölkəyə üz tuturlar. Doğrudur, Qazaxıstanda benzinlə bağlı heç bir qıtlıq olmasa da, sərhədə yaxın yanacaqdoldurma məntəqələrində Rusiya nömrəli avtomobillərin növbələrini görmək mümkündür. Sərhəd nəzarəti olmadığı üçün federasiyadan Qazaxıstana avtomobillə keçmək çətinlik yaratmır.
Qazaxıstanlı bloqerlərin məlumatına görə, sərhəddən 200 kilometr uzaqda yerləşən rus şəhərlərindən də gələnlər var. Burada benzin Rusiya ilə müqayisədə həm bol, həm də ucuzdur. Qazaxıstanda 92 oktanlı benzin təxminən 90 qəpik, 95 oktan 1,15 manat, dizel yanacağı 1,20 manatdır. Başqa sözlə, Rusiyadan azı 2 dəfə ucuz.
Qazaxıstanın Energetika Nazirliyi Rusiya maşınlarının yanacaq almasını qadağan etməsə də, yalnız yanacaq çənini doldurmağa icazə verib. Böyük həcmdə yanacaq almaq üçün kanistrlə gələnlər əliboş qayıdıblar.
Vüqar

Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO












