Qışda avtomobillərin yanacaq sərfi niyə artır və necə azaltmaq olar?

Soyuq havaların başlaması ilə sürücülər yanacaq göstəricisinin daha tez azalmasını müşahidə edirlər. Ekspertlər bildirir ki, qışda yanacaq sərfi yayla müqayisədə 15–40% çoxala bilər. Avtosfer.az xəbər verir ki, bunun əsas səbəbləri mühərrik və transmissiyanın qızdırılması, qış təkərlərinin yüksək yuvarlanma müqaviməti, qızdırıcı və işıq sistemlərinin əlavə enerji sərfi, eləcə də güclü külək və yol şəraitidir. Yanacaq sərfini azaltmaq üçün mütəxəssislər mühərriki minimal boş iş rejimində qızdırıb hərəkətə başlamayı, şin təzyiqini yoxlamağı, əlavə çəkini aradan qaldırmağı və qızdırıcıları ölçülü istifadə etməyi tövsiyə edirlər. Əgər sərf normadan 50%-dən çox artıbsa, mühərrik filtri, yanacaq injektorları və digər sistemlərin yoxlanması vacibdir (Baku.ws).
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












