Rekord yürüş edə bilən avtomobil markalarının adları açıqlandı

Rekord yürüş edə bilən avtomobil markalarının adları açıqlanıb.
Avtosfer.az "Lenta.ru"ya istinadən xəbər verir ki, 395 milyondan çox avtomobilin göstəricilərini araşdıraraq, 250 min mil (təxminən 402 min kilometr) məsafəni qət etmək şansı ən çox olan maşınları müəyyənləşdiriblər.
Bu barədə "iSeeCars Research" tədqiqat şirkətinin analitikləri araşdırma aparıb.
Məlum olub ki, etibarlılıq məsələsində Yaponiya istehsalçılarına çatan yoxdur.
Siyahının lideri "Toyota" markalı avtomobilləri olub.
Bu nəqliyyat vasitələrinin qeyd olunan yürüş həddini aşma ehtimalı 19,7 faizdir.
Bu göstərici orta sənaye göstəricisindən tam 3,7 dəfə yüksəkdir.
Ümumi reytinqin ilk beşliyində bir ABŞ təmsilçisi istisna olmaqla, yalnız Yaponiya maşın markaları qərarlaşıb.
"Toyota"nın ardından lüks subbrend olan "Lexus" (14,4%), daha sonra isə "Honda" (13,3%), "Acura" (9,5%) gəlir.
Beşinci yeri "General Motors" konserninə məxsus "GMC" (5,8%) tutub.
Aparıcı analitik Karl Brauer vurğulayır ki, "Porsche", "BMW", "Audi", "Land Rover" və ya "Buick" kimi bəzi baha qiymətli markaların aşağı nəticə göstərməsi onların keyfiyyətsizliyi demək deyil. Bu, sadəcə sürücülərin həmin avtomobillərdən gündəlik uzun məsafəli səfərlər üçün nadir hallarda istifadə etməsi ilə bağlıdır.
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?












