“Renault” 150 mindən çox avtomobili geri çağırır

Fransanın məşhur avtomobil istehsalçısı “Renault” iki böyük texniki qüsur səbəbi ilə yüz minlərlə avtomobili geri çağırmağa qərar verib. Avtosfer.az xəbər verir ki, geri çağırmanın səbəbi yanacaq xətti və mühərrik sızması ilə bağlıdır. İlk olaraq, Cənubi Koreyada istehsal edilən ikinci nəsil “Renault Koleos” modelləri geri çağırılıb. “Renault” rəsmi olaraq 2 901 modeli geri çağırdığını təsdiqləyib. Mütəxəssislərin məlumatına görə, bu modellərdə yanacaq ötürücü boruda potensial qüsur aşkar edilib. Bu problem yanacaq xəttinin qismən ayrılmasına səbəb ola bilər ki, bu da nasazlıq, dayanma və ya yanğın təhlükəsinə gətirib çıxara bilər. İkinci və daha geniş geri çağırma kampaniyası 155 min 825 “Renault” avtomobilini əhatə edəcək. Bu 2019-cu il aprelin 5-dən 2022-ci il sentyabrın 26-dək istehsal edilmiş bütün 1.6 hibrid və plug-in hibrid modellərinə şamil ediləcək. Ümumilikdə, 155 min 825 ədəd “Renault”un “Clio 5”, “Captur 2”, “Arkana” və “Megane 4”, eləcə də 79 ədəd “Dacia Jogger” modeli elektrik mühərrikində sızma probleminə görə yoxlamadan keçməlidir. Bildirilir ki, bu texniki müdaxilə və ehtiyat hissələrinin dəyişdirilməsi tamamilə istehsalçının hesabına olacaq.
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL












