“Renault” yüzlərlə avtomobilini geri çağırır - “Captur”, “Megane”, “Scenic” …

Fransız avtomobil istehsalçısı “Renault” avtomatik dayanacaq əyləcində yaranmış nasazlıq səbəbi ilə 6 fərqli modelini geri çağırmaq qərarına gəlib.
Avtosfer.az xəbər verir ki, “Renault”un “Captur”, “Megane”, “Scenic”, “Austral”, “Rafale” və “Espace VI” modelləri bu geri çağırılma siyahısına daxildir.
Nasazlıq Fransa hökumətinin rəsmi saytında paylaşılan məlumatda təsdiqlənib. Məsələ avtomatik əl əyləci sistemindəki mövqe sensorunun düzgün işləməməsi ilə bağlıdır. Bu nasazlıq bəzi hallarda avtomobilin tam dayanmamasına, hətta öz-özünə hərəkət etməsinə səbəb ola bilər.
İstehsalçıya görə, bu problem 2024-cü il aprelin 10-dan 2025-ci il yanvarın 16-dək istehsal olunmuş (“Renault Captur II”, “Renault Megane E-Tech”, “Renault Scenic E-Tech”, “Renault Austral”, “Renault Rafale”, “Renault Espace VI”) bir neçə yüz nəqliyyat vasitəsini əhatə edir. Həmçinin bu nasazlıq “Dacia” markasının “Duster III” modelində də (xüsusilə “böyük soyuq ölkələr üçün” versiyada, 31 oktyabr 2024 – 31 oktyabr 2025 tarixləri arasında istehsal edilmiş avtomobillər) müşahidə edilib.
Ekspertlər xəbərdarlıq edirlər ki, bu cür nasazlıq ciddi təhlükə yarada bilər. Buna görə, “Renault” və “Dacia” bütün sahibkarlara pulsuz texniki xidmət təklif edir. Geri çağırılan avtomobillərin qüsurlu hissələri rəsmi servis mərkəzlərində pulsuz dəyişdiriləcək. Şirkətin məlumatına görə, əməliyyat qısa müddətdə həyata keçirilir və avtomobilin uzun müddət servisdə qalmasına ehtiyac yoxdur.
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?












