"Roborace" avtomobili "Ginnesin Rekordlar Kitabı"na düşüb

"Ginnesin Rekordlar Kitabı"nın təmsilçiləri "Roborace" avtomobili tərəfindən avtonom pilotsuz avtomobillər üçün müəyyən edilən rekord sürəti rəsmi şəkildə təsdiq ediblər. Rekord saatda 282,42 kilometr təşkil edib.
Avtosfer.Az AZƏRTAC-a istinadən bildirir ki, yürüşlər hələ bu il martın 21-də, Böyük Britaniyada Yorkşir qraflığındakı Elvinqton hərbi aerodromda yerləşən yürüş trasında təşkil edilmişdi. Maşın avtonom rejimdə iki istiqamətdə hərəkət edib: şərqdən qərbə 280,365 km/saat, qərbdən şərqə isə 284,492 km/saatadək. Bununla belə küləyin sürəti saatda 12,8 kilometr olub.
Rekordun təsviri 2020-ci il "Ginnessin Rekordlar Kitabı"nın robotlara həsr olunan xüsusi bölməsində yerləşdiriləcək. Gələcəkdə "Roborace" Formula E çempionatının dəstək seriyalarından biri olmalıdır.
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?












