"Rolls-Royce" təyyarələr üçün mühərrik istehsalına qayıdır

Böyük Britaniyanın "Rolls-Royce" korporasiyası on ildən artıq fasilədən sonra yenidən darfüzelyajlı sərnişin laynerləri üçün mühərrik hazırlamaq fikrindədir.
Avtosfer.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat dərc edib.
Məlumata görə, istehsalçı "Airbus A320" və "Boeing 737 MAX" təyyarələrinin xələfləri üçün nəzərdə tutulan "UltraFan 30" mühərrikini layihələndirir. Planın gerçəkləşməsi üçün milyardlarla funt sterlinq sərmayə, kütləvi istehsal üzrə sənaye tərəfdaşı və Böyük Britaniya hökumətinin yardımı lazımdır. Həmçinin yaradılan mühərrikin "Airbus" və "Boeing" korporasiyaları tərəfindən təsdiqlənməsi və seçilməsi vacibdir. Bu aviaşirkətlərin cari onilliyin sonunadək yeni darfüzelyajlı təyyarələrin inşasına başlayacağı ehtimal olunur.
Nəşr bildirib ki, indiyə qədər "Rolls-Royce" tərəfindən "UltraFan" seriyalı texnologiyaların inkişafına 1 milyard funt sterlinqdən artıq maliyyə vəsaiti yönəldilib.
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL












