Rusiyada yapon avtomobili sevgisi və uğursuz rəsmi təbliğat

Rusiya hökuməti bir neçə il əvvəl Yaponiyanı dost olmayan ölkələr siyahısına daxil edib. Səbəb Tokionun Ukraynaya siyasi dəstəyidir.
Avtosfer.az xəbər verir ki, ötən həftə Xabarovskda “militarist Yaponiya üzərində qələbə” abidəsi də Tokio ilə narazılığı pik həddə çatdırıb.
Lakin, statistika rəsmi təbliğatın ruslarda Yaponiya texnikasına marağı azaltmadığını göstərir. “Avtostat”ın statistikasına görə, Uzaq Şərq Federal Dairəsindəki təzə avtomobillər arasında “Toyota”, “Honda” və “Suzuki” liderlik edir. Dördüncü yerdə “Haval” gəlir. Ən çox satılan yerli marka “Lada” isə beşinci yerdə qərarlaşıb!
Statistikaya görə, iyulda regionda 224 ədəd təzə “Honda”, 198 “Toyota” və 197 “Suzuki” satılıb. Avtomobil parkının 45 faziə qədəri “Toyota”, 10 faizi “Honda”, cəmi 4,6 faizi isə “Lada”ya mənsubdur.
Məlumat üçün deyək ki, Uzaq Şərq Federal Dairəsinin ərazisi təxminən 7 milyon kvadrat kilometr olub, federasiyanın 40 faizini əhatə edir. Əhali sayı isə Azərbaycandan az – 8 milyona yaxındır.
Statistika bir daha göstərir ki, rəsmi təbliğat yerli məhsula sevgi yarada bilmir. Əhali təzə rus texnikası əvəzinə 5 il istismar edilmiş Yaponiya avtomobillərinə üstünlük verir.
Məmurlar özləri ən son model maşınlarda gəzsələr də, Yaponiya və Koreya texnikasını seçən həmvətənlərini pis vətəndaş olmaqda, vətənpərvər olmamaqda ittiham edirlər.
Vüqar
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL












