Ruslar sağ sükandan əl çəkmir – SƏBƏB YAPON KEYFİYYƏTİDİR

Rusiyada 30 ilə yaxındır sükanı sağda olan avtomobillərin qadağası ilə bağlı konsensus tapılmır.
Avtosfer.az xəbər verir ki, Uzaq Şərq regionunda əhalinin 90 faizi məhs sağsükanlı Yaponiya avtomobillərindən istifadə edir. Statistikanı Avtostatın direktoru Segey Selikov açıqlayıb.
Selikov bildirir ki, bu regionda sağsükanlı maşınlar qadağan edilərsə sosial partlayış yaradar, nəqliyyat kollapsı yaranar.
Müstəqil ekspertlər bildirirlər ki, Uzaq Şərq regionuna Yaponiyadan əsasən 5-6 il istismarda olunmuş avtomobillər daşınır. Gündoğar ölkədən münasib qiymətə gətirilən avtomobillər 10-15 il istismar olunur ki, bu da Rusiya şəraitində ideal göstəricidir. Qeyd olunur ki, sağsükanlı avtomobillərə marağı qadağa ilə aradan qaldırmaq mümkün deyil.
Bu yalnız federasiyada Nissan, Toyota və ya Honda ilə keyfiyyət və qiymətdə rəqabət apara biləcək maşınların istehsalı ilə mümkündür.
Vüqar Yaşaroğlu
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?
Ən çox əməkdaşı olan avtomobil şirkətləri












