Sahiblərindən də çox "yaşayacaq " 6 benzin mühərrik

Elə benzin mühərrikləri var ki onlar təkcə avtomobilin deyil, hətta sahibinin də ömrünü geridə qoya bilir. Onlardan bəziləri ciddi problemlər olmadan 400-500 min kilometr məsafə qət edir, bu müddət ərzində mürəkkəb texniki xidmət tələb etmir və yanacağa qarşı tələbkar deyillər.
Avtosfer.az xəbər verir ki, pravda.ru etibarlılığın sinonimi olan altı benzin aqreqatını təqdim edib.
Bildirilir ki, bu, sadəcə ekspertlərin subyektiv fikri deyil, həm də mexaniklərin təcrübəsinin, avtomobil sahiblərinin rəylərinin və mühərriklərin resurs statistikasının təhlilinin nəticəsidir.
1. "Toyota 1NZ-FE"
Yaponiya istehsalı olan 1.5 litrlik turbokompressorsuz mühərrik "Yaris", "Corolla" və "Prius" modellərində istifadə olunub. Sadə quruluşu və zəncirli qazpaylama sistemi ilə tanınır. Müntəzəm yağ dəyişikliyi ilə 400-500 min kilometr məsafə qət edir. Yaponiyada bu mühərrikin 1 milyon kilometrdən çox işlədiyi hallara da rast gəlinib.
2. "Honda R18A"
"Civic" və "CR-V" sahiblərinə tanış olan bu 1.8 litrlik mühərrik yüksək dözümlülüyü ilə seçilir. Sadə texniki xidmətlə 350-400 min kilometr işləyə bilir. Əsasən magistral yollarda sürənlər üçün ideal seçim sayılır.
3. "Mitsubishi 4G63"
Əfsanəvi "Lancer Evolution" modelindən tanınan bu mühərrik daha sonralar adi sedan və krossoverlərdə də quraşdırılıb. 2.0 litrlik bu aqreqat çuqun blok sayəsində 500 min kilometrə qədər problemsiz işləyə bilir. Əsas şərt mühərriki qızdırmamaq və yağdəyişməni vaxtında həyata keçirməkdir.
4. "Volkswagen 1.6 CFNA"
"Polo", "Rapid", "Fabia" kimi modellərdə tətbiq olunan bu mühərrik zəif dinamikasına baxmayaraq, 300 min kilometr və daha çox məsafəni problemsiz gedə bilir. Soyutma sisteminə diqqət yetirmək və keyfiyyətli yağdan istifadə vacibdir.
5. "Opel Z18XE"
"Astra", "Zafira" və "Vectra" modellərində yer alan bu 1.8 litrlik mühərrik sadə və etibarlı quruluşuna görə yüksək qiymətləndirilir. 400 min kilometrə qədər işləyə bilir. Tək zəif nöqtəsi - karter ventilyasiyası və araqatların sızmalarıdır.
6. "Subaru EJ20"
2.0 litrlik bu oppozit mühərrik "Legacy" və "Outback" modellərində populyardır. Soyutma sisteminə nəzarət edildiyi halda, 450 min kilometrə qədər problemsiz işləyə bilər. Avtosport tarixində də bu mühərrik özünəməxsus yerə malikdir.
Ümumi cəhətləri
Bu mühərriklərin hamısı basqısızdır, turbin yoxdur və texniki baxımdan sadədir. Məhz bu xüsusiyyətlər onların əsas üstünlükləridir: uzunömürlü, asan təmir olunan və etibarlı. Tez-tez təmirə vaxt ayırmaq istəməyən sürücülər üçün ideal seçimdir.
Dövlət qurumlarının avtomobilləri satışda: Ən ucuz avtomobil 1 200 manatdır - SİYAHI
İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır - FOTOLAR
“Toyota”nın yubiley avtomobili: Zəif mühərriklə bağlı məntiqli izah
“Audi” məşhur mühərriklə bağlı fikrini dəyişdi
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO










