Saxta mühərrik yağını müəyyən etməyin üsulları

Saxta mühərrik yağını müəyyən etmək olduqca çətindir, lakin bu mümkündür.
Avtosfer.az xəbər verir ki, bu barədə gazeta.ru-ya rusiyalı avtomobil mütəxəssisi Nikita Rodionov məlumat verib.
"Yoxlamaya qablaşdırmadan başlamağı məsləhət görürəm. Saxta məhsullar orijinal məhsula bənzəyir, lakin müəyyən fərqlər var. Qablaşdırmaya, qapağına, holoqrafik işarələrə diqqət yetirin. Onlar kor-kobud olmalı deyil. Bəzi istehsalçılar qoruyucu halqalardan istifadə edirlər. Sürücü uzun müddət eyni markalı yağdan istifadə edirsə, bəzi fərqlər nəzərə çarpa bilər", - Rodionov bildirib.
Yoxlamanın növbəti mərhələsi loqo, firma şriftləri və brend adına fikir verməkdir. Saxta məhsullarda çox vaxt addan bir hərf və ya loqoda bəzi elementlər əskik olur. Belə saxtakarlıqlara mimikriya deyilir - rəng və şrift baxımından hər şey orijinala çox bənzəyir, lakin yenə də kiçik fərqlər var", - ekspert qeyd edib.
Saxta yağlar adətən daha tünd rəngdədir. Bu, istehsalçıların daha ucuz baza mayesindən istifadə etməsi ilə bağlıdır. Keyfiyyətsiz məhsulun kəskin qoxusu olur, orijinal yağın qoxusu isə daha neytraldır.
Rodionov xəbərdarlıq edib ki, saxta yağlar çökə və aşağı temperaturda qatılaşaraq, sıyıq halına gələ bilər.(oxu.az)
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO












