Sığorta şirkətləri qəzanın ödənişini vətəndaşa onlayn şəkildə niyə vermirlər? - VİDEO

Sığorta hadisəsi baş verib, sənədlər tamdır, amma vətəndaş ödəniş almaq üçün hələ də ofisə çağrılır. Bu gün bir çox sığorta şirkəti avtomobil qəzasından sonra kompensasiya üçün fiziki iştirak tələb edir. Səbəb isə əsasən eyni olur. Yəni bir çox hallarda imza, sənəd yoxlanışı, şəxsiyyətin dəqiqləşdirilməsi kimi səbəblər göstərilir.
Avtosfer.az xəbər verir ki, ekspert Vüsal Bədəlov deyir ki, bu proses rahatlıqla onlayn keçirilə bilər. Çünki, bu həm şirkət üçün sərfəli, həm də vətəndaş üçün daha çevikdir.
Onun sözlərinə görə, sadəcə bir neçə texniki və hüquqi addım lazımdır ki, ödənişlər elektron formada başa çatsın.
Avropa təcrübəsi göstərir ki, sığorta ödənişlərini elektron imza, video identifikasiya və digər alətlərlə idarə etmək mümkündür. Azərbaycanda da bu sistemin qurulması üçün texniki yenilik və bəzi qanunvericilik aktlarına dəyşiklik kifayət edir.
Vüsal Bədəlovun sözlərinə görə, əgər belə bir yenilik edilərsə, həm vətəndaşların məmnuniyyəti artar, həm də proseslər sürətlənər.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












