Sovet Azərbaycanında avtoxuliqanlar - FOTO - VİDEO

70-ci illərdə Sovet İttifaqının böyük şəhərlərində gənclərin xüsusi qrupu formalaşdı. Bu xüsusda Bakı da istisna deyildi və ola da bilməzdi.
Avtosfer.az xəbər verir ki, bu gəncləri ruslar “majorlar”, digər xalqlar isə “qızıl gənclər” adlandırırdılar. Onları həmyaşıdlarından fərqləndirən əlamətlər də mövcud idi: bu gənclər orta məktəbdə adətən rus dilində və tanınmış təhsil müəssisələrində oxumuşdular. Ali məktəbdə isə seçilmiş fakültələrin tələbələri idilər.
Bu gənclər universitetə maşınla gəlir, əməlli-başlı oxumasalar da qırmızı diplomla təhsili başa vurub təyinatla sanballı yerdə işləyə bilirdilər. Bu uşaqlar bahalı cins geyinir, xarici musiqiyə qulaq asırdılar. Söhbət prokurorların, raykom katiblərinin, müftilərin, tanınmış kolxoz sədri və zavod direktorlarının, sovet marşallarının uşaqlarından gedir.
“Mozalan”ın 1977-ci ildə efirə getmiş 38-ci buraxılışı da elə bu cür tələbələrə həsr olunub. “Dədəsinin balası” süjetində rejissor otağın içindəki dekorasiya ilə vəziyyəti gözəl formada çatdırıb: bahalı maqnitofon, xarici musiqi, siqaret və s. Atasının sürprizi ilə qarşılaşan uşağın ilk işi rəfiqələrini başına yığıb Lenin meydanında (indiki Azadlıq meydanı) yer yazmaq olur.
Növbəti süjetdə (Dərsə gedən bir uşaq) o dövrün məşhur ali məktəblərinin maşınla qayda pozan tələbələrindən söz açılır. Ən maraqlısı isə VAZ-2103-lə qayda pozan şəxsdir. O, tələbə olmadığı üçün təqdimat başqa cür olur: Jiqulidə bir qaçaq... Məlum olur ki, 52-15 AQZ nömrəli avtomobili idarə edən Jdanov (İndiki Beyləqan) rayon şərab zavodunun baş mühəndisinin oğlu, “Bessmertnıy” ləqəbli Tofiqdir. Tofiq 1975-ci ildə avtoxuliqanlığa görə 2 il azadlıqdan məhrum edilib. İş bununla bitməyib.
1977-ci ilin fevralında cəzasını vaxtından əvvəl tamamlayan Tofiq barədə yol müfəttişləri (QAİ) il tamam olmamış nə az, nə çox 12 raport yazıblar!
Yaradıcı heyət üstüörtülü şəkildə vurğulayır ki, avtoxuliqanlıq edən tələbələrin dərsə münasibəti də ürəkaçan deyil.

Süjetdən görünür ki, bir çox tələbənin idarə etdiyi avtomobillər öz adlarına deyil. Bunu da sovet reallığı ilə izah etmək mümkündür: o zaman bir nəfərin adına və ya bir ailədə 2 avtomobilə icazə verilmirdi. Yeni avtomobil alan şəxs köhnəni satmalı idi. Burada da etibarnamə sistemi köməyə gəlirdi: formal mülkiyyətçi başqa şəxs olurdu.
Süjetdə adı çəkilən şəxslər sağdırlarsa artıq pensiyaçıdırlar. Onların avtoxuliqanlığa indiki münasibətini də bilmək maraqlı olardı.
Bu gün də orta məktəb şagirdlərinə avtomobil etibar edən valideynlərə rast gəlinir. Təbii ki, burada qanunszluq göz önündədir. Heç bir dövlət qurumu 18 yaşı tamam olmayan şəxsin adına avtomobil sənədləşdirmir. Lakin dərs oxumaq, yenilikləri öyrənmək əvəzinə avtomobili iki təkəri üstə qaldıran uşaqların taleyi heç də yaxşı olmur.
Onları yaxşı halda polis dayandıraraq düz yola qaytarır. Pis halda isə şəkilləri soyuq daşları bəzəyir. Bakının qəbiristanlıqları VAZ-2107-nin fonunda dayanmış yeniyetmələrlə doludur. Etik dəyərlərə görə bunlardan xəbər hazırlamırıq.
Vüqar Yaşaroğlu
"Mercedes-Benz"in üç seçilən modeli üçün xüsusi imkanlar - FOTO
Bu polis avtomobili həm də həkimlərin işinə yarayır
Azərbaycanda maşınların sayı 2 milyona yaxınlaşıb: Bakı yollarında böhran dərinləşə bilər
"Tesla"nın sükan və pedalsız taksiləri ABŞ hökumətinin diqqətində
Maykl Ceksonun anasının lüks avtomobili hərraca çıxarıldı - FOTOLAR
Bu iki qaydaya əməl etməyən sürücülər qəza şəraiti yaradır – XƏBƏRDARLIQ
Rusiyada yapon avtomobili sevgisi və uğursuz rəsmi təbliğat
Təhlükəsizlik kəmərinin əleyhdarları ürəkli oğlanlardımı?
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR










