Sükan yoxdur, qiyməti isə... - “Tesla Cybercab” gəlir

“Tesla” şirkətinin tamamilə sürücüsüz fəaliyyət göstərməsi üçün hazırladığı yeni “Cybercab” robotaksisi ilə bağlı indiyədək ən vacib texniki məlumatlar açıqlanıb.
Avtosfer.az xəbər verir ki, ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinə təqdim olunan rəsmi sənədlər avtomobilin batareyası, çəkisi, gücü və ehtimal olunan yürüş məsafəsini üzə çıxarıb.
“Cybercab” cəmi iki nəfərlik olacaq və avtomobildə nə sükan, nə də pedallar nəzərdə tutulub. “Tesla” bu modeli ənənəvi avtomobildən çox, gələcəyin taksisi kimi təqdim edir.
Avtomobil 48 kVt/saat həcmində litium-ion batareya ilə təchiz olunub. Tək elektrik mühərriki 219 at gücü hasil edir və ön təkərləri hərəkətə gətirir.
“Cybercab”in boş çəkisi 1412 kiloqramdır. Bu göstərici onu hazırda ABŞ bazarında ən yüngül elektromobillərdən birinə çevirir. Yüngül konstruksiya və aerodinamik dizayn sayəsində avtomobilin bir enerji doldurması ilə təxminən 471 kilometr məsafə qət edə biləcəyi bildirilir.
“Tesla” rəhbəri Elon Mask daha əvvəl “Cybercab”in əsas məqsədinin şəhərlərdə sərnişindaşıma xidmətlərini avtomatlaşdırmaq olduğunu açıqlamışdı. Şirkət hesab edir ki, gələcəkdə istifadəçilər avtomobil almaq əvəzinə, sürücüsüz taksi xidmətindən yararlanmağa üstünlük verəcəklər.
İlkin planlara görə, “Cybercab”in qiyməti 30 min dollardan aşağı olacaq. Avtomobilin kütləvi istehsalına yaxın illərdə başlanacaq. Bununla belə, modelin tam avtonom rejimdə geniş istifadəyə verilməsi üçün hələ də bir sıra hüquqi və texniki təsdiqlərin alınması tələb olunur./yenisabah.az
Daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?












