Sürücülər QR kodla belə aldadılır

QR kod artıq həyatımızın bütün sahələrinə daxil olub. Restoran menyusu, dövlət qurumunu bildirişi və şəxsi məlumatlar bu kod vasitəsi ilə əldə edilə bilir. QR kodlar bir çox işi asanladırsa da, məsələ problemsiz ötüşmür.
Avtosfer.az xəbər verir ki, ABŞ və Avropada sürücülərin QR kodla aldadılması intensivləşib. “Quishing” adlı proses çox sadə işləyir.
Bir çox Avropa ölkəsində və ABŞ ştatlarında dayanma-durma cərimələrini çox vaxt bələdiyyə məmurları yerində sənədləşdirərək cərimə protokolunu şüşəsilənin altına yerləşdirir. Sürücü isə burada göstərilən kodu telefonda oxudaraq cəriməsini rahatlıqla ödəyə bilir.
Kiberdələduzlar isə bundan istifadə edərək insanların bank hesablarına daxil ola bilirlər. Mexanizm belədir: sürücü avtomobilə yaxınlaşdıqda şüşəsilənin altındakı kağızı görür və elə bilir ki, ona cərimə gəlib.
Səhifənin altındakı QR kod onu dövlət qurumunun saytına bənzəyən sayta yönəldir. O, “cəriməsini ödəmək üçün” kart məlumatlarını daxil edir. Bundan sonrası isə hər şey aydındır. Bu tip dələduzluqla azərbaycanlılar da dəfələrlə rastlaşıblar.
Avropalı ekspertlərin qənaətinə görə belə hallarda vətəndaşın sayıqlığı ciddi rol oynayır. Ümumiyyətlə hansısa QR kodu oxutmazdan əvvəl mənbənin etibarlı olmasına diqqət yetirilməlidir.
Mobil telefonlara QR kodun saxta olub-olmadığını yoxlayan proqram yüklənməsi də tövsiyə edilir. Kiberdələduzların toruna düşənlərin böyük əksəriyyəti maraq xatirinə qarşısına çıxan bütün kodları oxutduran şəxslərdir.
Kimsə düşünə bilər ki, Azərbaycanda bələdiyyələr sürücüyə cərimə yazmır, hər şey elektron formada ötürülür deyə sürücülərimiz QR fırıldağından tam mühafizə olunur. Əsla belə deyil.
Sabah hansısa dələduzun park edilmiş avtomobilin şüşəsiləninin altına elan yerləşdirərək vətəndaşın bank məlumatlarını ələ keçirməyəcəyinə heç kim zəmanət vermir. Buna görə də belə “elan”larla rastlaşan sürücülər göstərilən QR kodları oxutmamalı, həm də məsələni ictimailəşdirməlidir. Bu, dələduzluqla mübarizədə ən səmərəli yoldur.
Vüqar Yaşaroğlu
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir
Sürət limiti olmayan yollar sürət həvəskarları üçün çəkilməyibmiş
Sovet Azərbaycanında avtoxuliqanlar - FOTO - VİDEO
"Mercedes-Benz"in üç seçilən modeli üçün xüsusi imkanlar - FOTO
Bu polis avtomobili həm də həkimlərin işinə yarayır
Azərbaycanda maşınların sayı 2 milyona yaxınlaşıb: Bakı yollarında böhran dərinləşə bilər
"Tesla"nın sükan və pedalsız taksiləri ABŞ hökumətinin diqqətində
Maykl Ceksonun anasının lüks avtomobili hərraca çıxarıldı - FOTOLAR
Bu iki qaydaya əməl etməyən sürücülər qəza şəraiti yaradır – XƏBƏRDARLIQ
Rusiyada yapon avtomobili sevgisi və uğursuz rəsmi təbliğat










