Sürücülərə telefon qadağası var, amma... - "Özləri tənzimləməlidir"

Azərbaycanda avtomobil idarə edərkən mobil telefondan istifadə qadağandır və bu qaydanı pozan sürücülər inzibati cərimə ilə üzləşirlər. Lakin praktikada, xüsusilə taksi fəaliyyəti ilə məşğul olan sürücülər üçün naviqasiya sistemlərindən istifadə qaçılmazdır. Bu isə telefon tutacaqlarının geniş yayılmasına səbəb olub. Sözügedən tutacaqların ön şüşəyə bərkidilməsi bəzi hallarda görmə bucağını məhdudlaşdırır, kondisioner başlıqlarına taxılan modellər isə xüsusilə qış aylarında istilik səbəbindən telefonlara zərər verə bilir. Digər tərəfdən, maqnitli tutacaqlardan istifadə zamanı yolda çuxura düşmə və ya ani silkələnmə nəticəsində telefonun yerindən çıxaraq avtomobilin içərisinə düşməsi sürücünün diqqətinin yayınmasına səbəb olur. Bu vəziyyət isə yol təhlükəsizliyi baxımından ciddi risklər yaradır.
Avtomobil idarə edərkən telefonun təhlükəsiz istifadəsi ilə bağlı sürücülər nələrə diqqət etməlidir?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Sfera.az"a açıqlama verən "MasterClass" layihəsinin rəhbəri, avtomobil sahəsi üzrə ekspert Raqif Raufoğlu bildirib ki, qanunvericilikdə sadəcə telefonla bağlı qadağanın olması absurddur. Onun fikrincə, avtomobildəki monitorlar daha təhlükəlidir:

“Sürücülərin bütün fikri avtomobildə monitorda olur, adicə radionun səsini artıranda belə mütləq başını çevirməli olur. Fiziki düymələri olmayan Çin avtomobilləri daha təhlükəlidir, nəinki kiminsə əlində telefon tutub “Votsap”la səs ismarıcı göndərməsi. Reallıq budur”.
R.Raufoğlu qeyd edib ki, yeni texnologiyalardan istifadə etmək daha məqsədəuyğun olsa da, insanlar bu problemləri özləri tənzimləməlidir:
“Hazırda, “hand free” sistemləri var, səs ilə komanda vermək olur, yenə də telefondan qaynaqlanan problemlər yaranır. Bu məsələlər insanların qavrayışı çərçivəsində həll olunmalıdır. İnsan özü başa düşməlidir ki, nəsə sənin diqqətini 2 saniyədən çox yayındırırsa, bu real təhlükə deməkdir. Bu gün hətta ağıllı eynəklər də var. Bəzi avtomobillərlə belə səs ilə danışmaq, komanda vermək mümkündür. Təhlükəsizlikdən danışırıqsa, bu kimi variantlar daha yaxşıdır”.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












