Sürücülərin DİQQƏTİNƏ: Avtomobilinizi yayda qızmar günəşdən belə qoruyun 4 QAYDA

Lakin bu, yaz mövsümündə avtomobilinizə baxmamamağınız anlamına gəlməz.
Avtosfer.az sürücülərin yaz mövsümündə üz-üzə qaldığı 4 problemi araşdırıb.
1. Bəzi sürücülər avtomobilindəki nəmişliyə məhəl qoymazlar. Lakin bu, böyük bir səhvdir. Avtomobildəki ayaqaltıların altı su olsa kiflənmə qaçılmazdır. Kiflənmənin avtomobilinizi məhv etməsinin qarşısını almaq üçün nəmli bölgələri qurudun. Eynisini qış başlamadan da edin. Nəticədə sulu yerlər buz tutmaz.
2. Avtomobilinizi günün altında saxlayıb gedəndə geri dönərkən sükanın od tutub “yndığının” şahidi olursunuz. Əgər barmaqlarınızın yanmağını istəmirsinizsə avtomobilinizi tərk etmədən sükanı 180 dərəcə çevirin. Bununla da sükanın əl tutduğunuz hissəsi kölgədə qalar və əlinizi yandırmaz.
3. Sürət qutusunun üzərinə kardon su qabı qoyun. Əgər, bu da yoxdursa sürət qutusunun üzərinə su səpin. Eyni qayda təhlükəsizlik kəmərinin üstündəki dəmir başlıq üçün də keçərlidir.
4. Yaz günəşi avtomobilinizi qızdırmaqla yetməz, eyni zamanda salondan pis qoxu da gəlməsinə səbəb olar. Bunu önləmək üçün havalandırma sisteminin dəliklərinə quru parça qoyun. Bir neçə dəqiqə sonra qoxudan əsər əlamət-qalmayacaq.
P.S. Əgər yuxarıda qeyd edilən qaydalara əməl etsək idarə etdiyimiz avtomobil daha uzunömürlü olub, bizi yolda qoymaz. Avtomobilimizi göz bəbəyi kimi qorumalıyıq. Çünki o. bizim yol yoldaşımızdır
Xəyal Abdullayev
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır











