Sürücülərin nəzərinə: avtomobillərlə bağlı YENİ TƏLƏBLƏR

Azərbaycanda ümumi istifadədə olan avtomobil yollarında buraxılması nəzərdə tutulan avtomobillərin eninə dair tələb dəyişib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri və avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” qərarına dəyişiklik edib.
Qərara əsasən, ümumi istifadədə olan avtomobil yollarına buraxılması nəzərdə tutulan avtomobillərin eni 2,5 metrdən 2,55 metrə qaldırılıb.
Azərbaycanda V dərəcəli yollara buraxılan avtomobillərin hündürlüyünə dair tələb də dəyişib. Bundan sonra I—IV dərəcəli yollarda olduğu kimi V dərəcəli yollara buraxılan avtomobillərin də hündürlüyü 4 metrə qədər ola bilər. İndiyə qədər V dərəcəli yollara buraxılan avtomobillərin hündürlüyü 3,8 metrə qədər ola bilərdi.
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır











