Sürücüsüz avtomobillər üçün YENİ DÖVR – Təhlükəsizlik standartları təsdiqləndi

Çin M və N sinifli avtomobillərdə istifadə olunan 3-cü və 4-cü səviyyə avtonom sürüş sistemləri ilə bağlı ilk məcburi milli təhlükəsizlik standartlarını yayımlayıb.
Avtosfer.az xəbər verir ki, yeni tənzimləmə avtonom idarəetmə sistemlərinin hazırlanmasından satışdan sonrakı istifadəsinə qədər bütün həyat dövrünü əhatə edir.
Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin (MIIT) açıqladığı standartlarda istehsalçıların avtomobillərin dizaynı, proqram təminatının hazırlanması, istehsalı və satışdan sonrakı xidmətləri də daxil olmaqla bütün mərhələlərdə təhlükəsizliyin idarə olunması sistemini formalaşdırması tələb olunur.
Yeni qaydalar çərçivəsində şirkətlərdən avtonom sürüş sistemləri ilə bağlı geniş risklərin idarə edilməsi mexanizmi yaratmaq da tələb edilir. Avtonom funksiyaların istifadəyə verilməsindən əvvəl sistemlərin simulyasiya, qapalı trek və real yol şəraitində sınaqlardan keçirilməsi məcburi olacaq.
Standartlarda sürücünün avtomobilin idarəetməsini yenidən üzərinə götürməyə hazır olub-olmadığının da fasiləsiz izlənilməsi nəzərdə tutulur. Bu tələb xüsusilə 3-cü səviyyə avtonom sürüş sistemlərində sürücünün diqqətinin yayınması və zəruri anda idarəetməyə müdaxilə edə bilməməsi risklərinin azaldılmasına yönəlib.
Qeyd olunur ki, yeni təhlükəsizlik standartları avtonom sürüş texnologiyalarının yalnız hazırlanma mərhələsini deyil, onların istehsalı, istifadəyə verilməsi və sonrakı istismar proseslərini də əhatə edir. Bununla belə, avtomatik parklanma sistemləri yeni tənzimləmənin əhatə dairəsinə daxil edilməyib.
Çində qəbul edilən yeni standartlar 1 iyul 2027-ci ildən qüvvəyə minəcək. Tənzimləmənin məqsədi daha yüksək səviyyəli avtonom sürüş texnologiyalarının tətbiqi zamanı təhlükəsizlik tələblərini vahid çərçivədə müəyyənləşdirməkdir.
Eltac Zülfüqaroğlu
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL












