Banner

Sürücüsüz avtomobillərdə firuzəyi işıq olacaq

Avtoxəbər 28 Oktyabr 2026 17:24
Sürücüsüz avtomobillərdə firuzəyi işıq olacaq
WhatsApp kanalımıza abunə olun

ABŞ-də avtonom idarə olunan avtomobillər üçün firuzəyi rəngli xüsusi işıqların tətbiqi təklif edilir.

Avtosfer.az xəbər verir ki, ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyası bu işıqların avtomobilin sürücü müdaxiləsi olmadan idarə olunduğunu digər hərəkət iştirakçılarına göstərməsini nəzərdə tutur.

İşıqlar avtonom idarəetmə aktiv olduqda yanacaq, idarəetmə sürücüyə keçdikdə isə sönəcək. Yeni işıqlar avtomobillərə hərəkət üstünlüyü verməyəcək və yol hərəkəti qaydalarını dəyişməyəcək. Təklif hələlik layihə mərhələsindədir./bakupost

Oxunub : 72
ŞƏRH YAZ
Ad

E-mail

Şərh