Sürücüsüz idarəetmə rejimi ilə bağlı avtomobil sahiblərinə XƏBƏRDARLIQ

Son zamanlar sosial şəbəkələrdə sürücülərin tıxac zamanı avtomobillərində “sürücüsüz idarəetmə” rejimini aktivləşdirərək nəqliyyat vasitəsini hərəkətdə qoyduqları, özlərinin isə avtomobildən düşərək marketə getdikləri və ya digər işlərlə məşğul olduqları görüntülər yayılır.
Bəs bu cür hallarda avtomobili nəzarətsiz şəkildə sistemə buraxmaq nə dərəcədə təhlükəsizdir? Hansı riskləri yarada bilər? Ümumiyyətlə, sürücüsüz idarəetmə texnologiyalarından hansı şəraitdə istifadə etmək olar və bu barədə qanunvericilik nə deyir?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında sürücülük üzrə təlim mütəxəssisi Azər Quliyev bildirdi ki, bu məsələ sürücüsüz idarəetmə texnologiyası ilə bağlıdır:
"Bu sistemlər əsasən BMW, "Tesla", "Mercedes", "Audi" kimi markaların bəzi modellərində tətbiq olunur. Dünyanın bəzi ölkələrində belə texnologiyalardan taksi xidmətlərində və ictimai nəqliyyatda da istifadə edilir. Lakin Azərbaycanda hazırda qanunvericilik sürücünün avtomobildən düşərək nəqliyyat vasitəsini tamamilə sistemin idarəsinə buraxmasına icazə vermir. Xarici ölkələrdə "park assist" və ya avtomatik parklanma sistemləri geniş yayılıb. Bəzi hallarda sürücü avtomobildən düşdükdən sonra da avtomobil özünü park edə bilir. Bu funksiyalar sensorlar, radarlar, kameralar və kompüter sistemləri vasitəsilə işləyir, ətrafdakı nəqliyyat vasitələrini, zolaqları və məsafələri müəyyən edir. Ancaq Azərbaycanda belə sistemlərin tam istifadəsi üçün qanunvericilikdə xüsusi dəyişikliklər edilməyib. Buna görə də sürücünün avtomobili hərəkətdə olarkən nəzarətsiz qoyması inzibati məsuliyyət yarada bilər. Hətta mövcud qaydalara əsasən, sürücünün hərəkət zamanı sükanı nəzarətsiz buraxması belə yol hərəkəti qaydalarının pozulması hesab olunur. Bu səbəbdən də sürücü avtomobildən düşərək nəqliyyat vasitəsini tamamilə avtomatik rejimdə hərəkətə buraxarsa, bu, nəzarətsiz idarəetmə kimi qiymətləndirilə bilər və məsuliyyətə səbəb ola bilər. Yəni sürücüsüz idarəetmə texnologiyaları bəzi ölkələrdə tətbiq olunsa da, onların Azərbaycanda tam hüquqi əsaslarla istifadəsi üçün qanunvericilikdə əlavə dəyişikliklərin edilməsi tələb olunur".
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












