Təcili Yardımın "103" qaynar xəttindəki bu çətinlik vaxt uzadır

Xəstə yaxınlarının və ya halı pisləşən şəxslərin yaxınlarının Təcili Yardıma təcili zəngi bəzən texniki olaraqda vaxt uzadır.
Press.az xəbər verir ki, Bakıdan kənar yerlərdən Təcili Yardımın qaynar xətti "103"-ə ev nömrələrindən edilən zənglər normal ərazi üzrə avtomatik yönləndirildiyi halda, mobil zənglər bir başa olaraq Bakı mərkəzi Təcili Yardıma birləşdirilir.
Bu zaman Təcili Yardımın operatorları sizin harda olduğunuzu soruşduqdan sonra sizə başqa bir əlaqə nömrəsi verib sizi ərazi üzrə yönləndirir.
Bu da vaxt itgisinə səbəb olur.
Texnalogiyanın inkişafı dövründə, hətta ev telefonlarının ərazi üzrə bölgələrdən edilən zənglər zamanı yönləndirildiyi halda, mobil nömrələrdən təcili olunan zənglərin bir başa Təcili Yardımın Bakıda yerləşən mərkəzinə birləşdirilməsi insanlarda narahatlıq yaradır.
Şikayətlər edənlər arasında hətta Bakıya ən yaxın ərazi olan Xırdalan şəhəridəndə var.
Press.az olaraq qeyd etmək istəyirik ki, mobil operatorlar bütün istifadəçilərin yerləşdiyi yerləri təyin edə bilir və bəzən yerləşdiyiniz ərazi üzrə sizə məlumatlarda göndərə bilir.
Məsələn, Hava Limanında olduqda avtomatik olaraq operatorlardan mesaj olaraq gedəcəyiniz ölkədə hansı tariflərdən və mobil nömrənizdən necə istifadə edilməsi ilə bağlı sms daxil olur.
Bu çətinliyin aradan qaldırılması və bölgələrdən "103" xidmətinə edilən zənglərin avtomatik olaraq yönləndirilməsi istiqamətində veriləcək açıqlamalar sizlərlə paylaşılacaq.
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










