"Tesla" əksik detallı elektromobillər buraxır

İstehsal hədəflərindən geri qalmamaq üçün məşhur elektromobil istehsalçısı "Tesla" istehsalı tam başa çatmamış elektromobillərini hazır məhsul kimi istehsal xəttindən çıxarır. Avtosfer.az "Finans.az"a istinadən xəbər verir ki, bunu hal-hazırda "Tesla"da çalışan və işdən ayrılan şəxslər CNBC-yə müsahibələrində bildiriblər. İşçilərin sözlərinə görə, şirkət bəzi elektrikli avtomobillərinin boltlarında və digər detallarında əksiklik olmasına baxmayaraq tamamlanmış məhsul kimi zavoddan çıxarır. Məlumata əsasən bu iddialar işçilərin təqdim etdiyi fotoşəkillərlə sübut olunur. Həmçinin işçilər müəyyən olunmuş hədəflərə çatmaq üçün ağır şəraitdə fəaliyyət göstərdiklərindən də şikayət ediblər. Belə ki, "Tesla" işçiləri böyük istehsal çadırlarında səhər isti hava şəraitində, axşamlar isə soyuq və yağışlı havada çalışmalı olduqıarını bildiriblər. "Tesla" "Model 3"ün istehsalını artırmaq və hədəflərə çatmaq üçün ötən il "General Assembly 4" adlanan böyük istehsal çadırı qurmuşdu. Hətta bu çadırda təhlükəsizlik riskləri səbəbindən şirkət 30 min dollara yaxın cərimə ödəmişdi.
Qeyd edək ki, "Tesla" bu ilin ikinci rübündə 87 min 48 elektromobil istehsal etdiyini açıqlamışdı.
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ











