"Tesla" minlərlə avtomobili təmir edəcək

ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA) "Tesla"nın təxminən 20 000 avtomobili geri çağırmaqdan yayınmaq müraciətini rədd edib.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat verib.
Məlumata görə, buna səbəb faralar olub ki, onların işıq səviyyəsi icazə verilən maksimum normaları aşmış ola bilər.
İlon Maskın şirkəti iddia edirdi ki, uyğunsuzluq təhlükəsizliyə təhdid yaratmır və qəza və ya xəsarətlər barədə şikayətlər almayıb. Lakin NHTSA hesab edir ki, faraların gözqamaşdırıcı işığı həm sürücülər, həm də digər yol hərəkəti iştirakçıları üçün təhlükə yaradır.
Problem yeni deyil. 2022-ci ildə NHTSA "General Motors"un işıqlandırma texnologiyasındakı problemlər səbəbindən 820 000 avtomobilin təmirindən yayınmaq müraciətini rədd etmişdi. O zaman bəzi LED faralardakı həddindən artıq parıltının qüsur kimi tanınmasını tələb edən petisiya da rədd edilmişdi. Bu təsnifata "Tesla Model 3", "Ford Bronco" və "Rivian R1T" daxil edilmişdi. ABŞ Avtomobil Assosiasiyasının apardığı sorğu göstərib ki, on sürücüdən altısı gecə vaxtı faralardakı parıltını əhəmiyyətli maneə hesab edir. Respondentlərin təxminən dörddəüçü vəziyyətin son on ildə daha da pisləşdiyinə əminliyini ifadə edib.
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO












