"Tesla"nın Avropa kabusu: Siyasi mübahisələrin qarşılığı ağır oldu

Avropa İttifaqı ölkələrində “Tesla” satışları 2025-ci ilin dekabrında illik müqayisədə 31,9 faiz azalaraq 21 min 485 ədədə düşüb. Brendin Aİ avtomobil bazarındakı payı isə 2,2 faizə geriləyib.
Avtosfer.az Valyuta.az-a istinadən xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatları “Tesla”nın Avropadakı satış enişinin artıq 12 aydır davam etdiyini göstərir.
Məlumatlara əsasən, amerikalı milyarder İlon Maskın sahibi olduğu “Tesla” şirkətinin Aİ ölkələrində avtomobil satışlarında azalma davam edib. Satışlardakı eniş dekabr ayı ilə birlikdə 12-ci aya çatıb.
2024-cü ilin dekabrında 31 min 567 ədəd olan “Tesla” satışları, 2025-ci ilin eyni ayında 31,9 faiz azalaraq 21 min 485 ədədə enib. Markanın Aİ-də yeni avtomobil satışları içindəki payı da 3,5 faizdən 2,2 faizə düşüb.
“Tesla”nın Aİ ölkələrində yanvar–dekabr dövrü üzrə satışları illik müqayisədə 37,9 faiz azalaraq 150 min 504 ədəd təşkil edib. Şirkətin Aİ bazarındakı ümumi payı isə 2,3 faizdən 1,4 faizə geriləyib.
Aİ-yə üzv ölkələr, Avropa Azad Ticarət Assosiasiyasına üzv İsveçrə, Norveç və İslandiya, eləcə də Böyük Britaniyada “Tesla” satışları dekabr ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,2 faiz azalaraq 35 min 280 ədəd olub. Yanvar–dekabr dövründə isə satışlar 26,9 faiz geriləyərək 238 min 656 ədədə enib.
Qeyd olunur ki, İlon Maskın uzun müddət ABŞ Prezidenti Donald Trampla yaxın əməkdaşlıq etməsi, nümayiş etdirdiyi mübahisəli davranışlar və Avropa ölkələrində ifrat sağçı siyasətçilərə açıq dəstək verməsi avropalıların şirkətlə aralarına məsafə qoymasına səbəb olub və bu amillər satışların sürətlə azalmasına yol açıb.
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












