"Tesla"nın avtopilot sistemi yalnız abunəlik əsasında əlçatan olacaq
Avtoxəbər
15 Yanvar 2026 17:11

Cari ilin fevral ayından etibarən "Tesla" şirkətinin "Full Self-Driving" (FSD) avtopilot sistemi yalnız abunəlik əsasında əlçatan olacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə şirkət rəhbəri, amerikalı sahibkar İlon Mask "X" sosial şəbəkə hesabında məlumat verib.
Mask qeyd edib ki, "Tesla" fevralın 14-dən sonra FSD-nin satışını dayandıracaq. Bundan sonra FSD yalnız aylıq abunəlik vasitəsilə əlçatan olacaq.
Şirkətin məlumatına görə, hazırda sistemi 8 min dollara almaq və ya 99 dollara aylıq abunəlik rəsmiləşdirmək mümkündür. Lakin Mask yeni abunəliyin qiymətinin nə qədər olacağını dəqiqləşdirməyib.
Avtopilot sistemi yolda manevrlər etmək, naviqasiya və müstəqil parkinq funksiyalarını yerinə yetirmək üçün nəzərdə tutulub.
Oxunub : 1394
DİGƏR XƏBƏRLƏR
11 Noyabr 2026 23:59
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
11 Noyabr 2026 15:11
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
11 Noyabr 2026 14:30
“Land Rover” "BYD"ni məhkəməyə verdi
10 Noyabr 2026 22:38
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
10 Noyabr 2026 12:56
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
10 Noyabr 2026 09:28
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
8 Noyabr 2026 20:46
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
7 Noyabr 2026 14:00
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
6 Noyabr 2026 22:43
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
6 Noyabr 2026 21:10
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
6 Noyabr 2026 15:41
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
5 Noyabr 2026 23:41
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
ŞƏRH YAZ












